Yuxarı

Rusiya Türkiyəyə nüvə bombası atarsa...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Putinin aktual tələb kimi boğazlar məsələsini önə sürməsi çox böyük ağısızlıq olardı.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Zərdüşt Əlizadə deyib. O bildirib ki, iki ölkə arasında münaqişəli vəziyyət Türkiyə tərəfindən boğazların bağlanması həddinə qədər gəlib çatmayacaq:

"Ancaq bu baş verərsə və Türkiyə buna gedərsə, Rusiyanın boğazları güc yoluyla açmaq kimi bir imkanı olmayacaq. Eyni zamanda, ənənəvi silah sahəsində türk ordusu ruslardan qat-qat güclüdür. Əgər Rusiyanın Türkiyəyə qarşı nüvə silahı tətbiq etmə ehtimalı yaranarsa, əminəm ki, ABŞ və Qərb buna çox qəti şəkildə etiraz edəcək. Çünki belə bir hədə olduğu şəraitdə ABŞ və Qərb NATO üzvü olan bir dövləti müdafiə etməsələr, alyans bir təşkilat kimi dağıla bilər. Yəni NATO-nun əhəmiyyəti ondan ibarətdir ki, təşkilata üzv olan dövlətlər heç bir təhlükədən çəkinmirlər. Türkiyə bilir ki, NATO onun arxasındadır. Odur ki, boğazlar məsələsində güc işlətməkdən heç söhbət belə gedə bilməz. Buna nə Türkiyə, nə də Rusiya gedə bilər. Ona görə ki, bu, çox həssas və təhlükəli bir məsələdir. Hazırda iki ölkə arasında münasibətlər olduqca gərgindir. Parisdə davam edən konfransda Ərdoğanla Putin arasında görüş baş tutmasa, liderlər çox böyük diplomatik səhvə yol vermiş olacaqlar".

Qeyd edək ki, Kremlin sözçüsü Dmitri Peskov bir qədər öncə verdiyi açıqlamasında Türkiyənin Qara dənizdə boğazlara girişi qadağan etməsinin faciəyə yol aça biləcəyini deyib.

Tarix
2015.12.01 / 08:30
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

Blinken İlham Əliyevə zəng etdi

Ərdoğanın ABŞ-a səfəri bu əməliyyata görə ləğv edilib?

ABŞ və AB-nin regiona münasibətindən narahatıq - Dönməz

Ordumuz təhvil verilən kəndlərə daxil oldu? – Təcili

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla