Yuxarı

Rusiya İranla əlbir olur: Türkiyə təhlükədə

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya İranla əlbir olur:  Türkiyə təhlükədə

Tehran Moskva üçün son dərəcə əhəmiyyətlidir, bu baxımdan İranın Rusiya lehinə mövqe sərgiləməsi təbiidir.

Bu sözləri Axar.az-a açıqlamasında analitik Vüqar Zifəroğlu deyib. Onun sözlərinə görə, İran hər zaman Yaxın Şərq maraqlarından çıxış edərək öz siyasətini diqtə edən bir ölkədir:

"Hazırda yaxın Şərqdə baş verən proseslərdə Türkiyə ilə İranın mövqeyi bir çox məsələdə kəsişir. Bu, Suriya, Yəmən məsələsində olduğu kimi, digər məqamlarda da açıq şəkildə görünür. Başqa bir tərəfdən isə İranla Türkiyə arasında Yaxın Şərq uğrunda əzəli bir rəqabət var və bu rəqabət indi də davam etməkdədir. Bu baxımdan İranın Türkiyə əleyhinə bəyanatlar səsləndirməsi normaldır. İranla Rusiya bir çox hallarda bölgədəki maraqlarını uzlaşdırırlar".

Analitik bilidirib ki, Rusiya ilə İran arasındakı birlik bəzi siyasi faktlara söykənir:

"ABŞ-ın Cənubi Qafqaz və Orta Asiyaya nüfuz etməyə çalışmasını hər iki ölkə ortaq təhdid olaraq görür. İkincisi, hər iki tərəf üçün Xəzər enerji qaynaqlarından Qərb şirkətlərinin istifadəsi və üçüncü dövlətin bölgədə olması arzuolunmazdır. Üçünüsü, Tehranın xarici ölkə gəmilərinin İran körfəzində olmasına qarşı mövqeyini Moskva da müsbət qarşılayır. Dördüncüsü, hər iki ölkənin xarici siyasətində yanacaq ehtiyatlarından siyasi alət kimi istifadəvə bunun müəyyən məqamlarda təzyiq alətinə çevrilməsi adi hala çevrilib. Bir sözlə, Rusiya və İran Yaxın Şərqdə güclü Türkiyə istəmir və bu məsələdə Tehran heç vaxt Moskva əleyhinə mövqe sərgiləməyəcək".

Tarix
2015.12.06 / 10:00
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Bu, hər bir ölkə üçün milli maraq məsələsidir - Prezident

Azərbaycanda vəzifəli şəxs istefa verdi

İlham Əliyev və Leyen mətbuata bəyanat verdilər - Video

Ticarətin 70 faizdən çoxu Azərbaycanın payına düşür

İlham Əliyevlə Leyenin geniş tərkibdə görüşü oldu

Bakı və Sofiya arasında mühüm görüş

İlham Əliyev Leyenlə təkbətək görüşdü

ABŞ niyə Cənubi Qafqaza səfir göndərmir?

Buna görə Bakıdayam - Leyen

Leyen Azərbaycanda səfərdədir: Bayramov qarşıladı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla