Yuxarı

Əliyevin o cür qarşılanması Nikola siqnal idi - Solonnikov

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Ermənistan istisna olmaqla, Avrasiya İiqtisadi İttifaqı dövlətləri ilə ciddi birgə layihələri var. Əliyevin Aİİ iclasında iştirakı region dövlətlərinin, qonşu dövlətlərin qarşılıqlı fəaliyyəti, o cümlədən bu struktur çərçivəsində gücləndirilməsinə hazır olmasının siqnalıdır.

Axar.az xəbər verir ki, bunu rusiyalı politoloq Dmitri Solonnikov deyib.

“Azərbaycanın beynəlxalq aləmdə statusu yalnız yüksəlir, Şərqlə Qərbin kəsişməsi, nəqliyyat qovşağı kimi rolu artır. Əliyevin Ali Avrasiya İqtisadi Şurasının iclasında iştirakı Aİİ üçün yeni addımdır və bu qurumun dövlətlərinin Azərbaycanı bu strukturda görmək istədiklərini nümayiş etdirir. Azərbaycan çox güclü oyunçudur, onunla ünsiyyət qurmaq hər kəs üçün faydalıdır. Bu gün Aİİ üzvü olmayan Azərbaycan təşkilatın üzvü olan Ermənistanla müqayisə olunmayacaq dərəcədə konstruktiv tərəfdaşdır. Hətta bu sammitdə də (Moskvada ötən gün baş tutan geniş iclas – red.) bunun şahidi olduq. Liderlər Əliyevi necə də səmimi qarşıladılar. Azərbaycan liderinin qeyd etdiyi kimi, o, Aİİ-nin iclasına qonaq kimi dəvət olunub, lakin o, qonaq deyil. Aİİ iştirakçıları üçün ən vacib olan nəqliyyat kommunikasiyaları Azərbaycandan keçir. Aİİ ilə Azərbaycan arasında əməkdaşlığa gəlincə, biz hansısa kəşfdən danışmırıq. Bu, çoxdan təsdiqlənmiş bir faktın ifadəsidir. Putinin dediyi kimi, Aİİ-də nə qədər iştirak etmək Azərbaycanın öz işidir”, - o bildirib.

Politoloq qeyd edib ki, Ermənistan istisna olmaqla, Aİİ-nin bütün üzvləri həmişə Azərbaycanla ən yaxın siyasi əlaqələrə malik olublar:

“Amma Bakının Aİİ-yə yaxınlaşması həm də İrəvana bir siqnaldır. Əgər Ermənistan münasibətləri yekun olaraq normallaşdırsa, Bakının tərəfdaşlarına təklif etdiyi potensialdan yararlana biləcək. Azərbaycan isə bu barədə dəfələrlə danışıb. Gələcəkdə Ermənistan da daxil olmaqla, Aİİ-nin bütün üzvlərinin Azərbaycanın potensialından istifadə etmək imkanının olacağına işarələr verilib. Əliyevin iclasda iştirakı Avrasiya İqtisadi Şurasının bütün üzv dövlətlərindən Ermənistan üçün bir siqnal idi - konstruktivliyə keçməyin vaxtıdır”.

Tarix
2023.05.26 / 22:09
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Ombudsmandan Qərbi azərbaycanlılarla bağlı açıq məktub

ABŞ-Ermənistan strateji sazişi – Tam mətn

ABŞ qüvvələri sərhədimizə yeridilir: Məqsəd nədir?

Azərbaycanlı Dağıstanın Bakıdakı nümayəndəsi təyin edildi

Laçın istiqamətində yeni hərbi qurğu... - Foto

İndi bizi türklərdən kim xilas edəcək? - Şarmazanov

ABŞ-ın bu addımı erməni revanşizmini qızışdırır

ABŞ səfirliyinin Bəxtiyarla bağlı iddialarına XİN-dən cavab

Ordumuzun reytinqdə bir pillə geriləməyinə səbəb nədir?

ABŞ kəşfiyyatçılarını sərhədə gətiririk: Bu, intihardır - Abovyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla