Yuxarı

Xalq Ərdoğana səs verdi, ancaq mesajı da oldu – Gökçə

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə xalq bu gün prezident seçkilərinin ikinci turunu keçirdi və seçkilərə xələl gətirəcək hansısa ciddi bir hadisə olmadı. Hazırda Anadolu Agentliyinin məlumatına görə, seçki qutularının 97%-dən çoxu açılıb, əhalinin iştirakı isə 85%-dir. Birinci tura nisbətən səsvermədə iştirak 3% azalıb.

Bu sözləri Axar.az-a açıqlaması zamanı Türkiyənin Qaziantep Universitetinin müəllimi, terror və təhlükəsizlik ekspert Əli Fuad Gökçə deyib.

Alim bildirib ki, ikinci turda əvvəl səsvermədə iştirak etməyən vətəndaşlar seçkinin taleyini həll etdi:

“Nəticələr belə davam edərsə, Ərdoğan prezident seçiləcək. Səslərin də dəyişmə ehtimalı 1%-dir. Cənab Ərdoğan qazansa belə, seçkilərdə əvvəldən düşünüləndən daha az səs yığdı. Fikrimcə, bu da iqtidar tərəfindən xalqın mesajı kimi dəyərləndiriləcək. Xalqımız etibarlı gələcək üçün güclü lider olan Ərdoğana səs və dövləti idarə etmək iradəsi verdi. Ölkəmiz və qardaş ölkələrimiz üçün xeyirli olmasını arzu edirəm”.

Tarix
2023.05.28 / 21:05
Müəllif
Söhrab İsmayıl
Digər xəbərlər

Azərbaycan hərbçiləri Qırmızı meydanda - Video

Azərbaycanla danışıqlarda Rusiyaya ehtiyacımız yoxdur

İlham Əliyev Almaniya Kanslerinə məktub göndərdi

Prezident Daniel Noboa Azini təbrik etdi

İlham Əliyev Roma Papası XIV Leonu təbrik etdi

Azərbaycan faktları təqdim etdi, araşdırdıq ki… - Qriqoryan

Niyə yeni Papa amerikalı seçildi? - Çin faktoru…

Ermənistan və Azərbaycan arasında müharibə... - Paşinyan

Pakistanın İsrailə zərbəsi o qədər güclü olacaq ki... – Arkov

Prezident faşizmlə mübarizədə həlak olanların xatirəsini andı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla