Yuxarı

Mehmet Şimşək lirəni xilas edə biləcəkmi?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mehmet Şimşək lirəni xilas edə biləcəkmi?

Türkiyə iqtisadiyyatı digər ölkələr kimi pandemiyanın müəyyən çətinliklərinə məruz qaldı. Sonra isə post-pandemiya dövründən təsirlənən bir çox ölkə kimi Türkiyəni də inflyasiya bürüdü.

Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı ekspert Fuad İbrahimov Türkiyəyə yeni maliyyə naziri Mehmet Şimşəyin iqtisadiyyata hansı müsbət tendensiyaları gətirə biləcəyi haqda danışarkən deyib.

İqtisadçının sözlərinə görə, sözügedən dövr ərzində Türkiyədə inflyasiyanın qarşısını almaq istiqamətində heç bir institusional tədbirlər görülmədi:

“Üstəlik ÜDM-in 10%-nin formalaşdığı ərazilərdə dağıdıcı zəlzələlər baş verdi. Beləliklə, ölkə iqtisadiyyatı üst-üstə çox böyük çətinliklərlə üzləşdi. Bu gün yeni nazirin gəlməsiylə problemin aradan qalxacağını demək doğru olmaz. Burada institusional dəyərlərə riayət etməklə, adekvat alətlərdən istifadə etmək lazımdır. Bu gün o alətlərdən istifadə olunmazsa, yenə də iqtisadiyyatın inkişaf sisteminə zidd olan riskli prinsipal xarakterli addımlar atılmazsa, əlbəttə, qardaş Türkiyənin inflyasiyanın öhdəsindən gəlməsi asan olmaz.

Bir çox iqtisadçılar ölkədə ÜDM-in artacağı haqda yazırlar. Amma bu, iqtisadi inkişaf deyil. Sadəcə istehsal olunan əmtəənin həcmini göstərir. Bir sözlə, burada insan yox, sistem faktoru əsas rol oynayacaq”.

Qeyd edək ki, iyunun 3-ü vəzifəyə təyin edilən Mehmet Şimşək maliyyə naziri olaraq ilk açıqlamasında inflyasiyayla rasional əsaslarla mübarizə aparılacağını deyib.

Ölkədə lirənin ucuzlaşması prosesi isə davam edir.

Tarix
2023.06.05 / 14:56
Müəllif
Sayalı Abasova
Digər xəbərlər

ABŞ İran neftinə sanksiyanı bir aylıq qaldırdı - Hansı məntiqlə?

İran müharibəsi: Azərbaycan “əsas dəhlizə” çevrilir...

Şovinist Rza Pəhləvinin olmayan “Ölümsüzlər” ordusu...

ABŞ-da İran üzrə peşəkarlar niyə işdən çıxarıldı?

Bu nazirin müavilərinin sayı 6-ya çatdı

Nazir müavini təyin edilən jurnalist oğlunun - Dosyesi

Yaxın vaxtda Azərbaycana səfər edəcəm - Vuçiç

Mehriban Əliyeva xalqı bu sözlərlə təbrik etdi

İlham Əliyevdən sərəncam: Həsənov nazir müavini oldu

Azərbaycan Ermənistan ərazisində hərbi postlar qurub?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla