Yuxarı

Bayramov həmməruzəçilərlə nələri müzakirə etdi?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

5 iyun tarixində xarici işlər naziri Ceyhun Bayramov Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin həmməruzəçiləri Yan Lidel-Qreynger və Liz Kristofersen ilə görüşüb.

Xarici İşlər Nazirliyindən Axar.az-a verilən məlumata görə, görüşdə tərəflər arasında Azərbaycan və AŞPA əməkdaşlıq gündəliyində duran məsələlər, gələcək perspektivlər, o cümlədən regionda mövcud cari vəziyyət və AŞPA Parlament Assambleyasının Azərbaycan-Ermənistan arasında normallaşma prosesinə mümkün töhfələri ətrafında müzakirə aparılıb.

Nazir Ceyhun Bayramov post-münaqişə dövründə bölgədəki mövcud vəziyyət, Azərbaycan tərəfindən aparılan genişmiqyaslı bərpa və quruculuq layihələrindən söz açaraq Ermənistanın təxribatlarına və prosesləri ləngitmək səylərinə baxmayaraq bölgədə sülh və sabitliyin təmini istiqamətində, o cümlədən sülh müqaviləsinin imzalanması, bütün kommunikasiyaların açılışı və digər məsələlərdə ölkəmiz tərəfindən atılan mühüm addımlardan bəhs edib. Habelə, görüşdə işğaldan azad edilmiş ərazilərdə mövcud mina təhlükəsi, bu xüsusda 10 noyabr Üçtərəfli bəyanatdan irəli gələrək Ermənistan tərəfindən öhdəliklərin yerinə yetirilməməsi kimi məsələlərə toxunulub.

AŞPA-nın Monitorinq Komitəsinin həmməruzəçiləri ölkəmizə səfər çərçivəsində Ağdam rayonuna səfər etdiklərini və Azərbaycan tərəfindən aparılan genişmiqyasılı yenidənqurma işləri ilə yaxından tanış olduqlarını bildiriblər. Regionda sülh və təhlükəsizliyin təmin olunmasının vacibliyi vurğulanıb.

Görüşdə, həmçinin beynəlxalq və regional məsələlər üzrə qarşılıqlı maraq doğuran mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Tarix
2023.06.05 / 18:24
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan hərbçiləri Qırmızı meydanda - Video

Azərbaycanla danışıqlarda Rusiyaya ehtiyacımız yoxdur

İlham Əliyev Almaniya Kanslerinə məktub göndərdi

Prezident Daniel Noboa Azini təbrik etdi

İlham Əliyev Roma Papası XIV Leonu təbrik etdi

Azərbaycan faktları təqdim etdi, araşdırdıq ki… - Qriqoryan

Niyə yeni Papa amerikalı seçildi? - Çin faktoru…

Ermənistan və Azərbaycan arasında müharibə... - Paşinyan

Pakistanın İsrailə zərbəsi o qədər güclü olacaq ki... – Arkov

Prezident faşizmlə mübarizədə həlak olanların xatirəsini andı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla