Yuxarı

İran güclü Azərbaycanı təhlükə sayır - ABŞ-dan baxış

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Azərbaycanın Qarabağ üzərində suverenliyini tanımağa hazır olduğu halda, iki Cənubi Qafqaz ölkəsi arasında 30 ildir davam edən münaqişə nəhayət həll oluna bilər. Bakı qalib gəldi və indi regionda sabitlik hökm sürəcək.

Axar.az “Kalibr.az”a istinadən xəbər verir ki, bunu Yaxın Şərq Həqiqəti Fondunun (EMET) analitiki və əməkdaşı Cozef Epşteyn deyib.

“Lakin Qafqazda sülhün olması iki gücün - İran və Rusiyanın maraqlarına uyğun deyil. Hər iki ölkə, xüsusən də İran güclü və sabit Azərbaycanı təhlükə olaraq görür. Tehran Bakı ilə Təl-Əviv arasında hərbi əməkdaşlıqdan, onun regional rəqibi - Ankaranın güclənməsindən, eləcə də Azərbaycanın İranda yaşayan azərbaycanlıların milli azadlıq hərəkatındakı potensial rolundan narahatdır. Moskva da öz növbəsində “sülhməramlı” rolunun əhəmiyyətsizləşməsindən sonra regionda təsirini itirməkdən qorxur. Həm İran, həm də Rusiya Azərbaycanın enerji cəhətdən güclənməsinə qarşıdır. İranın narahatlığı tədricən hərəkətə keçdi. İki həftə əvvəl Ermənistanla Azərbaycan arasında sülh danışıqları planlaşdırılarkən Bakı bu ölkədə fəaliyyət göstərən İran casus şəbəkəsinin üzvlərini saxlayıb. Qrup yüksək rütbəli diplomatlara sui-qəsd planlaşdırır, dövlət çevrilişi hazırlayır, dini təbliğat aparırdı. Bu, azərbaycanlı deputata sui-qəsddən cəmi bir ay və Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumdan dörd ay sonra baş verib. Son bir neçə ildə Tehran dini ekstremist müqavimət hərəkatı yaratmaq və dəstəkləməklə, radikal ekstremist dini ideyaları yaymaqla, Qərb və İsrailin Azərbaycandakı hədəflərinə qarşı terror aktları həyata keçirməklə Bakının mövqeyini sarsıtmağa çalışıb. İranın Cənubi Qafqazda sabitliyi pozmaq cəhdləri diqqətdən kənarda qalmamalıdır. Azərbaycanın Ermənistanla münaqişədə qələbəsi təkcə Bakının deyil, həm də İranın çoxsaylı əleyhdarının qələbəsidir”, - o bildirib.

Epşteyn qeyd edib ki, Gürcüstan və Ermənistandan fərqli olaraq, Azərbaycan kifayət qədər böyük potensial faydalara baxmayaraq, Rusiyaya Qərb sanksiyalarından yan keçməyə kömək etmir:

“Bakını Rusiya siyasətinə açıq müxalifətliliyi iki amillə bağlıdır: Ukraynadakı müharibəyə görə Kremlin zəifləməsi və 2020-ci ildə İkinci Qarabağ müharibəsindən sonra regionda vəziyyətin daha stabil olması. Tarixən Rusiya - Sovet İttifaqı kimi - regiondakı etnik münaqişələri öz nəzarəti altında saxlamaq üçün hər iki tərəfdə oynayıb. Lakin müharibəyə qarışan Rusiyanın qonşularına qarşı diktatura siyasəti yeritmək imkanları xeyli zəiflədi.

Amma Kreml üçün daha utancverici odur ki, Azərbaycan Rusiyanın enerji ixracına alternativ rolunu oynayıb və bununla da Moskvanı avropalılara qarşı istifadə etdiyi əsas kozırdan məhrum edib. Bakı-Tiflis-Ceyhan neft kəməri Rusiyanın ətrafından keçir. Bundan əlavə, Xəzər dənizinin dibi ilə keçəcək və Türkmənistanı Azərbaycanla birləşdirəcək perspektivli Transxəzər kəməri də Mərkəzi Asiya qazının Rusiya və İrandan yan keçməklə Avropaya çatdırıla biləcəyini nəzərdə tutur.

Onu təhlükə kimi görən iki böyük dövlət arasında qalan Azərbaycan sabitliyini təmin etmək üçün addımlar atmalıdır. Qarabağın etnik ermənilərinin dinc yolla Azərbaycan dövlətinə və cəmiyyətinə inteqrasiyası Qərbin dəstəyinə töhfə verəcək və Ermənistanla həqiqi barışıq yolunda ilk addım olacaq. Uğurlu həyata keçiriləcəyi təqdirdə nə Rusiya, nə də İran münaqişədən Bakının mövqelərini zəiflətmək üçün xarici siyasət aləti kimi istifadə edə biləcək. Belə bir perspektiv, təbii ki, Tehrana yaramır”.

Tarix
2023.06.06 / 14:44
Müəllif
Zeynəb Əkbər
Şərhlər
Digər xəbərlər

Cənubi Qafqazda “bir dövlət” silinə bilər - Tarasov

Qərb İrəvanda buna imkan verməyəcək – Ekspert

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

Hikmət Hacıyev Çin rəsmiləri ilə görüşdü

Azərbaycan-İraq əlaqələri müzakirə olundu

Əliyev niyə Putinə təbrik zəngi etdi? – “Unudanların” diqqətinə

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla