Yuxarı

Rusiyada daxili savaş başladı, Zatulin Priqojinə qoşuldu…

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya 100 ildən sonra ikinci dəfə vətəndaş müharibəsi ilə üzləşib. 100 il əvvəl Rusiya imperiyasının dağıntıları üzərində qırmızılar ağlarla savaşırdılar. Bu günlərdə Ukraynadan Rusiya ərazisinə keçən və özlərini Rusiya Könüllü Korpusunun döyüşçüləri adlandıran silahlı birliklər Belqorod şəhərinin ətrafındakı müxtəlif məntəqələri ələ keçiriblər.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

Politoloq bildirib ki, Rusiya ordusu rus könülləri qəsəbədən sıxışdırıb çıxara bilməyib:

“Başqa sözlə, ruslar ruslarla savaşır. Rusiya hazırda iki cəbhədə savaşmaq məcburiyyətində qalıb. Ukraynada müharibəni davam etdirərkən, öz ərazisində də hərbi əməliyyatları genişləndirmək məcburiyyətindədir.

Kreml sahibi Vladimir Putin Rusiya cəmiyyətini inandırmışdı ki, “böyük Rusiya” yaratmaq məqsədilə Krımı ələ keçirib Ukraynanın şərqini Rusiyaya birləşdirmək istəyir. Putinin ətrafı və cəmiyyətin əksər hissəsi ona dəstək verdi. Düşünürdülər ki, Rusiya ordusu bir neçə həftəyə məsələni həll edəcək və ordu qələbəylə geri qayıdacaq. Həmin tarixdən 15 ay keçib, qələbə əvəzinə Rusiya 200 mindən çox hərbçisini və böyük sayda hərbi texnikasını itirib, iqtisadiyyatı zəifləyib, inflyasiya dərinləşib. Avropaya neft və qaz sata bilmir, üstəgəl, müharibə Rusiya ərazisinə keçib. Ona görə də Putindən hesab sormaq istəyənlərin sayı artmağa başlayıb. Putinin dostu Priqojinə Dövlət Dumasının deputatı və hakim partiyanın üzvü Konstantin Zatulin də qoşulub. O, müharibənin Rusiyaya zərər verdiyini etiraf edib. Mövcud vəziyyətin Rusiyanın əleyhinə olduğu aşkardır. Başlarını itirdiklərindən insanların və təbiətin fəlakətinə səbəb olan böyük hidroelektrik stansiyasını da raket zərbəsiylə dağıdıblar”.

Tarix
2023.06.06 / 15:17
Müəllif
Sayalı Abasova
Şərhlər
Digər xəbərlər

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla