Yuxarı

Ərzaq təhlükəsizliyinin təmin edilməsi... – Baş nazir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əsas qida məhsulları ehtiyatlarının yaradılması üzrə ciddi işlər görülür.

Axar.az xəbər verir ki, bunu Azərbaycanın baş naziri Əli Əsədov Rusiyanın Soçi şəhərində keçirilən "Avrasiya konqresi - 2023" adlı tədbirdə deyib.

"Ərzaq təhlükəsizliyinin təmin olunmasının zəruriliyi məsələsi dünyanın bütün ölkələri üçün misilsiz səviyyəyə çatıb. Bununla əlaqədar olaraq, ölkə əhalisinin ərzaq məhsulları ilə təmin edilməsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən hökumətin qarşısında duran əsas istiqamət və məsələlərdən biri kimi müəyyən olunub", - o deyib.

Ə.Əsədov qeyd edib ki, dünyanın əksər ölkələrində, o cümlədən Azərbaycanın əsas ticari tərəfdaşları olan ölkələrdə ərzaq qiymətlərindəki artım inflyasiya təzyiqinin artmasına səbəb olub.

"Bu bizim iqtisadiyyatımızda da öz əksini tapıb. Bununla əlaqədar olaraq, ötən ilin fevral ayında Nazirlər Kabineti inflyasiyanın əhalinin işgüzar fəallığına və sosial rifahına təsirinin minimuma endirilməsi məqsədilə sərəncam verib. Bu məqsədlə 2023-cü ildə dövlət büdcəsində ərzaq təhlükəsizliyinin təmin olunmasında 40 faiz dəyərində artım olub. Bu ilin yanvar-may ayları ərzində Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı 5,2 faiz artıb", - o deyib.

Tarix
2023.06.09 / 15:24
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan hərbçiləri Qırmızı meydanda - Video

Azərbaycanla danışıqlarda Rusiyaya ehtiyacımız yoxdur

İlham Əliyev Almaniya Kanslerinə məktub göndərdi

Prezident Daniel Noboa Azini təbrik etdi

İlham Əliyev Roma Papası XIV Leonu təbrik etdi

Azərbaycan faktları təqdim etdi, araşdırdıq ki… - Qriqoryan

Niyə yeni Papa amerikalı seçildi? - Çin faktoru…

Ermənistan və Azərbaycan arasında müharibə... - Paşinyan

Pakistanın İsrailə zərbəsi o qədər güclü olacaq ki... – Arkov

Prezident faşizmlə mübarizədə həlak olanların xatirəsini andı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla