Yuxarı

Bakının bu yardımı bizim üçün çox əhəmiyyətlidir - Səfir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakının bu yardımı bizim üçün çox əhəmiyyətlidir - Səfir

Dost Azərbaycan xalqına çox minnətdarıq. Ukraynaya göstərdiyiniz dəstəyi və köməyi növbəti dəfə hiss edirik. Bu gün bu yardım Azərbaycanın paytaxtı Bakıdan Ukraynaya, oradan da fəlakət zonasına çatdırılacaq. Bu yardım bizim üçün çox əhəmiyyətlidir. Bundan əlavə, Azərbaycan tərəfinin ayırdığı 20 ton yanacaq xilasetmə əməliyyatlarında istifadə olunan nəqliyyat vasitələrinə təqdim ediləcək. Bu, bizim strateji tərəfdaşlıq münasibətlərimizin nə dərəcədə inkişaf etdiyini bir daha sübut edir. Bu, Ukrayna və Azərbaycan xalqlarının səmimi dostluğudur. Azərbaycana eşq olsun! Ukraynaya eşq olsun!

Axar.az xəbər verir ki, bunu Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski iyunun 9-da Bakıdan Azərbaycandan Ukraynaya humanitar yardımın növbəti partiyasının göndərilməsi mərasimində deyib.

Texnogen fəlakətin miqyasından danışan ukraynalı diplomat xeyli yaşayış məntəqəsinin su altında qaldığını bildirib.

“Bu, təqribən 60 min kvadratkilometr sahədə yerləşən yüzə yaxın qəsəbə və kənddir. Baş verən vəziyyət nəticəsində suvarma sistemi dağıdılıb və bu, təxminən yarım milyon kvadratkilometr ərazidə quraqlığa, ciddi fəsadlara gətirib çıxara bilər. Hazırda Ukraynanın nəzarəti altında olan ərazilərdə xilasetmə işləri həyata keçirilir. Bu işlərə həm yerli sakinlər, eləcə də hərbçilər cəlb olunub”, - deyə Vladislav Kanevski bildirib.

Tarix
2023.06.09 / 20:50
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiyadan Bakının rus jurnalistlərlə bağlı qərarına reaksiya

Pezeşkianla Əliyevin söhbətindən sonra yeni səhifə açıldı

Azərbaycan əleyhinə çıxışlar edən Çadayev istefa verdi

Bunu Əliyevə təqdim etməkdən şərəf duydum - Norman

Yuşenko İlham Əliyevlə görüşündən yazdı: 20 ildən çoxdur...

Rəşad Aslanov etimadnaməsini Türkiyə XİN-ə təqdim etdi

Azərbaycan CNN-i məhkəməyə verdi

Sərhəddə yük maşınlarının sıxlığı ilə bağlı rəsmi açıqlama

İlham Əliyev Böyük Britaniyaya buna görə təşəkkür etdi

İlham Əliyev Britaniya səfirini qəbul etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla