Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
20 Yanvar 2019


Azərbaycanda ÜDM 5,8 faiz artıb

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən ildə ölkədə istehsal olunmuş ümumi daxili məhsulun həcmi əvvəlki ilə nisbətən 5,8 faiz artaraq 57,7 milyard manata çatıb.

"Axar.az"ın Dövlət Statistika Komitəsinin saytına istinadən verdiyi məlumata görə, ümumi daxili məhsulun əhalinin hər nəfərinə həcmi 6207,3 manat (7912,5 ABŞ dolları) təşkil edib və 4,4 faiz artıb.

Bu dövrdə cari qiymətlərlə 84,8 milyard manatlıq məhsul və xidmətlər istehsal olunub. Məhsul istehsalına sərf edilmiş mal və xidmətlərin dəyəri 27,1 milyard manat və ya məhsul və xidmətlər buraxılışının 32 faizini təşkil edib.

Yola saldığımız ildə iqtisadiyyatın qeyri-neft sektorunda əlavə dəyərin 10 faiz artımı müşahidə olunub, onun ÜDM-də xüsusi çəkisi əvvəlki ildəki 53,5 faizdən 56,6 faizədək yüksəlib. Ümumi daxili məhsulun 43,4 faizi neft-qaz istehsalı və emalı sahələrinin payına düşüb və əvvəlki ilə nisbətən 1 faiz artıb.

Ötən ildə sənayedə 26,7 milyard manatlıq, yaxud ümumi daxili məhsulun 46,3 faizi qədər, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda 3,1 milyard manatlıq (müvafiq olaraq 5,3 faiz), tikintidə 6,8 milyard manatlıq (11,8 faiz), nəqliyyat və anbar təsərrüfatında 2,8 milyard manatlıq (4,8 faiz) əlavə dəyər yaradılıb. Eyni zamanda informasiya və rabitə xidmətlərində 1,0 milyard manatlıq (1,8 faiz), ticarət və nəqliyyat vasitələrinin təmiri üzrə xidmətlər sahəsində 4,1 milyard manatlıq (7,1 faiz), turistlərin yerləşdirilməsi və ictimai iaşə xidmətləri sahəsində 1,1 milyard manatlıq (1,8 faiz), sosial və digər xidmətlər sahəsində isə 8,5 milyard manatlıq (14,7 faiz) əlavə dəyər yaradılıb. Məhsula və idxala xalis vergilər ÜDM-in 6,4 faizini təşkil edib.

Tarix
2014.01.28 / 19:44
Müəllif
Axar.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

20 Yanvar gecəsi metro işləməsəydi...

Yandırıcı güllələrin törətdiyi yanğın... - Deputat

Rusiya Xaçmazda NATO ordusu görmək istəmirsə... - Politoloq

Güləndən böyük savaş anonsu: Müharibə başladı

Öz varlığını göstərmək üçün mitinq keçirirlərsə... - Əhmədov

Xanım səfirimiz: “Mən Bakıyam, məni yandırırlar” deyə... – Foto

İSESKO-dan ilk dəfə 20 Yanvar faciəsi ilə bağlı - Bəyanat

Onların ermənipərəstlərin əlində alətə çevrilməsi... - Deputat

Bakıda keçirilən mitinqlə bağlı - Rəsmi məlumat

AP-ın bu qətnaməsini lənətləyirəm - Millət vəkili

KULT
<>
Xəbər xətti
 
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla