Yuxarı

Avropa Şurası Qarabağ məsələsində aciz olduğunu etiraf etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasının ikinci gününün plenar iclasında Avropa Şurasının (AŞ) baş katibi Tyorbörn Yaqland assambleya üzvləri qarşısında təşkilatın fəaliyyəti haqda hesabat verib.

Daha sonra assambleya üzvləri baş katibə suallar ünvanlayıblar.

"Axar.az" APA-ya istinadən xəbər verir ki, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Rafael Hüseynov Dağlıq Qarabağ münaqişəsi və Ermənistanın Azərbaycan ərazilərinin işğalı ilə bağlı sual verərək, AŞ-nin 10 ildir, Ermənistanın təcavüzkar siyasətinə dözməsinin, işğalçı dövlətə qarşı heç bir sanksiya tətbiq etməməsinin səbəblərini soruşub.

T. Yaqland baş katib olduğu 5 il ərzində bu məsələdə heç bir irəliləyişin olmadığını vurğulayıb, Avropada həll olunmamış münaqişələrin hələ də qalmasından təəssüfünü ifadə edib: "Bu problemin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur, ancaq bu məsələdə Avropa Şurasının da üzərinə böyük məsuliyyət düşür. Çünki bu məsələnin əsasını təşkil edən insan haqları problemi Avropa Şurası üçün prioritet olaraq qalmaqdadır. Avropada "qara nöqtələr" adlandırdığımız yerlər var ki, orada Konvensiyamız təəssüf ki, qüvvədə deyil və biz oraya müdaxilə edə bilmirik".

Tarix
2014.01.28 / 20:15
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla