Yuxarı

Türk ordusuna niyə “narıncı həyəcan” verildi? - Şərh

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türk ordusuna niyə “narıncı həyəcan” verildi? - Şərh

Türk ordusuna "narıncı həyəcan" anti-terror əməliyyatlarında hərbçilərin daha operativ davranması üçün verilib.

Bunu Axar.az-a Türkiyə Silahlı Qüvvələrinə "narıncı həyəcan" verilməsi məsələsini şərh edən politoloq Vüqar Zifəroğlu deyib. O, son günlərdə Türkiyədə anti-terror əməliyyatlarının artdığını bildirib:

"Son günlərdə Türkiyənin cənub-şərqində aktiv anti-terror əməliyyatları keçirilir. Türkiyə həm PKK-ya, həm də İŞİD-ə qarşı əməliyyatlar aparır. Türk ordusunun bu əməliyyatlarda daha operativ davranması üçün "narıncı həyəcan" verilməsi təbii və normal qarşılanmalıdır. Bu, gecikmiş qərar deyil. Görünür, hazırki əməliyyatların miqyası daha böyük olduğu üçün bu cür qərar qəbul edilib".

Hərbi ekspert Məhərrəm Cahangirov isə həyəcan siqnallarının ordunun döyüş imkanlarını yoxlamaq üçün verildiyini bildirib:

"İstər Türkiyə, istərsə də digər ölkələr həyəcan siqnalı verməklə ordunun döyüş hazırlığı səviyyəsini, imkanlarını və ehtiyaclarını müəyyənləşdirir. Hazırda terror qarşı mübarizəni genişləndirən Türkiyənin ordusuna "narıncı həyəcan" verilməsini normal qarşılamaq lazımdır".

Qeyd edək ki, ötən gün Türkiyə ordusunun Diyarbəkirdə yerləşən Hərbi Hava Qüvvələrinə "hər an hər şeyə hazır olmaq" mənasına gələn "narıncı həyəcan" verilib. Artıq F-16 döyüş təyyarələrinin pilotları mümkün təhlükələrə qarşı "vur" əmrini gözləmədən cavab verəcəklər.

Tarix
2015.12.18 / 09:00
Müəllif
İlham Sahiloğlu
Digər xəbərlər

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

Şimali Koreya hərbçiləri cənub sərhədini keçdilər – Gərginlik

Urmiya gölü qırmızı rəngə boyandı

Konqres 907-ci düzəlişlə bağlı məlumatlandırıldı

Azərbaycan İndoneziyaya başsağlığı verdi

Emin Ağalarov "Sea Breeze"dəki hadisədən yazdı

Xankəndi ilə Rumıniyanın Baia Mare şəhəri qardaşlaşır

ABŞ Dövlət Departamentindən Azərbaycanla bağlı açıqlama

Azərbaycanda benzin və dizel bahalaşır?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla