Yuxarı

Rusiya açıq şəkildə Araikin dili ilə danışır – Şou başladı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın rus sülhməramlıların müvəqqəti nəzarətində olan Xankəndi və ətrafında məskunlaşan erməni separatçı-terrorçu dəstəsi hiyləgər oyuna başlayıb.

Axar.az xəbər verir ki, separatçı-terrorçuların başçısı Araik Arutyunyan “məzlum” obrazına girərək, guya oturaq aksiya keçirir və ilk baxışda gülünc addım atır: öz “ofisindən” çıxır və düz ofisin qarşısında quraşdırılmış təmtəraqlı, heç kəsin olmadığı çadırda stullardan birinə əyləşib, poz verir.

“Ofisin” düz önündə bu “çadırın” qurulması, məqsəd və hədəfi yalnız və yalnız guya “humanitar fəlakət” şousu yaratmaqdır.

Bu gün isə erməni separatçı tör-töküntülərinin bir dəstəsi Ermənistanda Fransa səfirliyi önündə aksiya keçirir və elan edirlər ki, Azərbaycanın Ağdamdan zəruri qida və digər məhsullar tədarükü təklifini qəbul etməyəcəklər.

Adi məntiqdir: əgər doğrudan da aclıq varsa, mağazalar boşdursa və insanların qida ehtiyatı tükənirsə, niyə Ağdamdan tədarük etmirlər? Niyə məhz Ermənistandan tədarük olunmalıdır? Hansı haqla Azərbaycanın bir şəhəri və ətrafında toplanan bir ovuc erməni ərzaq təminatını başqa ölkədən almağı tələb etməlidirlər? Erməni separatçı-terrorçu dəstə bununla nəyə nail olmaq istəyir?

Əlbəttə ki, heç bir ərzaq çətinliyi yoxdur və bunu Xankəndidəki ermənilərin sosial şəbəkə hesablarındakı paylaşımları, erməni separatçı tör-töküntülərinin isə “paylaşmayın, düşmən bundan istifadə edir” çağırışı təsdiqləyir.

15 iyulda Brüsseldə üçtərəfli görüş keçirilir, orda Azərbaycan və Ermənistan bir-birinin ərazi bütövlüyünü bir daha təsdiqləyir, sərhəd delimitasiyası, kommunikasiyaların açılması, sülh müqaviləsi üzərində işlərin sürətlənməsi müzakirə edilir, payıza doğru yeni görüş razılaşdırılır və bu məqamda Rusiya XİN-dən heç bir hüquqa sığmayan, erməni separatizmini körükləyən bəyanat yayılır. Bu bəyanatın ardınca isə rusiyalı politoloqların əhəmiyyətli hissəsi erməni mediasına Azərbaycanın 10 noyabr 2020-ci il bəyanatının şərtlərini yerinə yetirmədiyi barədə “şərhlər” verirlər. Hətta bəziləri Azərbaycan “10 noyabr 2020-ci il bəyanatının heç bir şərtini yerinə yetirməyib” deyə, həyasızlıq etməyə də qalxır.

Ən azı rus sülhməramlıların Xankəndi və ətrafında yerləşdirilməsinə görə “heç bir maddə yerinə yetirilməyib” sözündən qaçmaq lazım idi ki, bunu da etmirlər.

Halbuki rus sülhməramlılar üzərlərinə götürdüyü öhdəliklərə əməl etmirlər: Ermənistandan Xankəndiyə silah da daxil olmaqla, 3-cü ölkənin hərbi mütəxəssis və strateji məhsullarının daşınmasına qədər, bütün qanunsuz keçidləri təmin edirdilər; rus sülhməramlıların yerləşdirilməsi ilə Ermənistan hərbi birlikləri Azərbaycan ərazisindən çıxmalı idi – hələ də erməni hərbi dəstələri Azərbaycan torpağında qalmaqda davam edir.

Guya həmin birləşmələr Qarabağdakı erməni icmasının “müdafiə qüvvələridir”. Özləri də etiraf edirlər ki, həmin qanunsuz silahlı dəstənin sayı 10 min nəfər civarındadır. Hazırda Qarabağda 40 min erməni belə yaşamır. Ancaq hətta ermənilərin iddia etdiyi kimi, 120 min rəqəmini götürsək də, 10 mini aşan silahlı dəstə əhalinin təxminən 10 faizi deməkdir ki, bu da mümkünsüzdür.

Sülhməramlıların Xocalıdakı müvəqqəti qərargahı önündə Rusiya bayrağının yanında Ermənistan bayrağı və separatçı-terrorçuların əski parçasının “dalğalanması” isə Rusiyanın bütün sərhədləri aşması, Azərbaycana qarşı açıq təxribatı deməkdir.

Ermənistanla sülh müqaviləsinin imzalanacağı halda rus sülhməramlıların bölgədən çıxmasının zərurətə çevriləcəyini rusiyalı politoloqlar da açıq-aşkar etiraf edirlər və Rusiyanın hazırkı mövqeyini də bununla əsaslandırırlar. Bu isə separatçı-terrorçu dəstənin “Ağdamdan qida qəbul etməmək” inadının və hazırkı şou-aksiyasının arxasında Rusiyanın dayandığını söyləməyə birmənalı əsas verir.

Məhz Rusiyanın təkidi ilə Brüssel görüşü ərəfəsində erməni separatçıları aktivləşdi və onların qida və digər təminatlarının da rus sülhməramlıları vasitəsilə təmin edildiyini iddia etmək üçün bütün səbəblər mövcuddur.

Araik və ətrafı “bir həftə vaxt verib” və daha gözlənilməz, sərt tədbirlərin həyata keçiriləcəyini açıqlayıb.

Bu, Araikin “cəsarəti” deyil, Arutyunyanın dili ilə danışan Rusiyadır.

Rusiya sonuncu və ən təhlükəli, həm də kifayət qədər açıq oyununu oynayır.

Tarix
2023.07.18 / 13:40
Müəllif
Şeyx Teymur
Digər xəbərlər

Türk dünyasının ortaq xəritəsi yaradılır - Foto

Mehriban Əliyeva Prezidenti bu sözlərlə təbrik etdi

ABŞ səfirliyinin bu bəyanatı... - İcma

XİN-dən ABŞ səfirliyinə cavab

Liderlər İlham Əliyevi təbrik edir

Türkiyə ordusu bu ölkədə əməliyyata başlayacaq

Azərbaycan bizim üçün böyük əhəmiyyət daşıyır - Orban

Bayramov Serbiya parlamentinin sədri ilə görüşdü

Tiflisdəki aksiyaları bu fond təşkil edir - Tsilosani

Nazarbayev İlham Əliyevə məktub göndərdi

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla