Yuxarı

Rusiyanın Bakını hövsələdən çıxaran bəyanatı - Tam mətn

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

2023.07.15 15:54

2022-ci ilin oktyabrında və 2023-cü ilin mayında Avropa Birliyinin himayəsi ilə keçirilən sammitlərdə Ermənistan Dağlıq Qarabağı Azərbaycan ərazisinin bir hissəsi kimi tanıyıb. Biz Ermənistan rəhbərliyinin suveren qərarına hörmətlə yanaşırıq, lakin bu, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-ci il sazişinin imzalandığı 9 (10) noyabr bəyanatı fundamental şərtləri, eləcə də bölgədə yerləşən Rusiya sülhməramlı qoşunlarının vəziyyətini kökündən dəyişdi.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada bildirilib.

“Hesab edirik ki, bu şəraitdə Qarabağın erməni əhalisinin taleyi üçün məsuliyyət üçüncü ölkələrin üzərinə atılmamalıdır. Əvvəllər əldə edilmiş razılaşmalar əsasında Bakı ilə İrəvan arasında dərhal sülh müqaviləsinin hazırlanmasına başlamaq lazımdır.

Biz ondan çıxış edirik ki, bu sazişin tərkib hissəsi Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinin etibarlı və aydın təminatları olmalıdır, habelə Rusiya, Azərbaycan və Ermənistan arasında üçtərəfli sazişlərin bütün bəndləri, o cümlədən nəqliyyat kommunikasiyalarının açılması və Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesi yerinə yetirilməlidir.

Yuxarıda göstərilənləri nəzərə alaraq, Rusiya tərəfi beynəlxalq ictimaiyyətin Dağlıq Qarabağın normal həyatının bərpasına yönəlmiş səylərinə fəal töhfə verməyə hazır olduğunu bir daha təsdiq edir. Biz yaxın vaxtlarda Moskvada yüksək səviyyəli razılaşmaların həyata keçirilməsi yollarını, o cümlədən sülh müqaviləsinin razılaşdırılması mövzusunu müzakirə etmək, ardınca sənədin imzalanması üçün Moskvada Rusiya-Azərbaycan-Ermənistan sammiti keçirmək üçün xarici işlər nazirlərinin üçtərəfli görüşünü təşkil etməyə hazırıq.

Bu gün Dağlıq Qarabağ ətrafında vəziyyətin neqativ ssenaridə inkişaf etməsi narahatlıq doğurur. Ərazidə humanitar böhran getdikcə dərinləşir. Yerli əhali ərzaq, dərman, ilkin tələbat mallarının kəskin çatışmazlığını yaşayır, elektrik enerjisi və qaz təchizatından praktiki olaraq məhrumdur. Bunun ən dramatik nəticələri Qarabağ erməniləri, bölgə sakinləri üçün ola bilər.

Biz Azərbaycan rəhbərliyini Laçın dəhlizinin blokunun dərhal açılması, bununla da hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin maneəsiz hərəkətinin, eləcə də rayonun enerji təchizatının bərpası üçün təcili tədbirlər görməyə çağırırıq”, - deyə XİN-in bəyanatında deyilir.

Qeyd edək ki, Azərbaycan XİN bu bəyanatı qəbuledilməz adlandırıb.

Tarix
2023.07.16 / 00:28
Müəllif
Axar.az
Digər xəbərlər

Pakistanla diplomatik əlaqələrimiz belə qurulub - Deputat

Nazir elan etdi: Azərbaycan Pakistandan bu qırıcıları alır

Bunu Sovet İttifaqı uydurub, Dəmirçyan isə təbliğ edib...

Sərhəddə insident AB sayəsində azaldı - Simonyan

Xocalı Soyqırımı Memorial Kompleksi yaradılır

Şahbaz Şərifin Azərbaycana səfəri başa çatdı

İrəvan yeni milli strategiya qəbul edir: “Qarabağ”, “soyqırım”…

İranda Azərbaycan səfirinin paylaşımına aqressiv reaksiya

Prezident Küveyt əmirinə məktub göndərdi

Nikol Qərbi Azərbaycan İcması ilə dialoqa nə vaxt başlayır?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla