Yuxarı

Tovuzdakı qətllə bağlı cinayət işi açıldı - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tovuzdakı qətllə bağlı cinayət işi açıldı - Video

12:55

Tovuz rayonunda qətl hadisəsi baş verib.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə rayonun Əyyublu kəndində baş verib.

Kənd sakini 1993-cü il təvəllüdlü Səbuhi Hacızadə 1996-cı il təvəllüdlü həyat yoldaşı Mətanət Hacızadəni bıçaqlayaraq qətlə yetirib.

İlkin məlumata görə, hadisə qısqanclıq zəmnində baş verib.

Faktla bağlı Tovuz rayon Prokurorluğunda araşdırma başlanılıb.

Qətli törətməkdə şübhəli bilinən şəxsin axtarışları Tovuz rayon Polis Şöbəsi əməkdaşları tərəfindən davam edir.

***

Tovuz rayonunda baş verən qətlin bəzi təfərrüatı məlum olub.

Məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən 32 yaşlı Səbuhi Hacızadə bir müddətdir Almaniyada yaşayırmış və dünən axşam Azərbaycana qayıdıb.

Həyat yoldaşı Mətanət Hacızadə ilə aralarında yaranan mübahisə zamanı S.Hacızadə qadının boğaz nahiyəsinə kəsici alətlə xəsarət yetirib.

Cütlüyün üç oğlu var.

Qətl hadisəsini törədən Səbuhi Hacızadə cinayətin motivi barədə özünün Tiktok səhifəsində video paylaşaraq açıqlama verib. O, videoda cinayəti qısqanclıq zəminində törətdiyini, özünə də qəsd edə biləcəyini bildirib. O, həbsdən qorxmadığını, amma yaşamaq istəmədiyini söyləyib.

***

Qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlayıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, oktyabrın 16-da saat 12 radələrində Tovuz rayonu, Əyyublu kəndi ərazisində 1996-ci il təvəllüdlü Mətanət Hacızadənin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı 1993-ci il təvəllüdlü Səbuhi Hacızadənin Mətanət Hacızadəni qəsdən öldürməsi, daha sonra isə intihar etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Tovuz rayon prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Tarix
2025.10.16 / 20:30
Müəllif
Axar.az
Digər xəbərlər

Marian Neakşu Qarabağa səfərə dəvət olundu - Foto

Üç Rusiya vətəndaşı axtarışa verildi - Baş Prokurorluq

Azərbaycan XİN Qabonu təbrik etdi

Azərbaycanda türk kanalları niyə göstərmir? - Nazir açıqladı

General rütbəsi alan sərhədçilər... - Dosye

Prezidentə “İrpen şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim edildi

İlham Əliyev Yuşenko ilə görüşdü - Foto

İlham Əliyev İndoneziya prezidentini təbrik etdi

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla