Yuxarı

Mehriban Əliyeva Ceyms Harvi ilə görüşdü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mehriban Əliyeva Ceyms Harvi ilə görüşdü

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Müqəddəs Taxt-Taca – Vatikana rəsmi səfəri çərçivəsində oktyabrın 16-da Müqəddəs Pavel Bazilikasının baş keşişi kardinal Ceyms Harvi ilə görüşüb.

Axar.az xəbər verir ki, Müqəddəs Taxt-Taca son 14 il ərzində altıncı səfər etdiyini xatırladan Birinci vitse-prezident Mehriban Əliyeva bu illər ərzində dövlətlərarası əlaqələrin çox möhkəm təməl, qarşılıqlı hörmət və dostluq əsasında inkişaf etdiyini bildirib. Birinci vitse-prezident bu illər ərzində bir sıra mühüm layihələrin bərpasında Heydər Əliyev Fondunun dəstəyini diqqətə çatdıraraq, gələcəkdə də bu fəaliyyəti davam etdirəcəklərini vurğulayıb.

Bu gün Müqəddəs Komodilya katakombalarının açılışında birgə iştirak etdiklərini deyən Mehriban Əliyeva bunun Heydər Əliyev Fondunun böyük layihələrindən biri olduğunu diqqətə çatdıraraq deyib:

"Roma elə şəhərdir ki, həm yerin altı, həm də üstü demək olar səma altında açıq muzeydir. Bizim fəaliyyətimiz elə qurulub ki, bəzi layihələr sona çatan kimi yeni layihələrə start veririk. Bu, çox davamlı əməkdaşlıqdır və mən onu yüksək dəyərləndirirəm".

Baş keşiş kardinal Ceyms Harvi bu cür mühüm layihələri həyata keçirdiklərinə və görülmüş işlərə görə Müqəddəs Tax-Tac adından Azərbaycan dövlətinə və Heydər Əliyev Fonduna təşəkkürünü bildirib.

Kardinal qeyd edib ki, bütün katolik və xristian icmalarının əsaslarının qoyulmasında Müqəddəs Pavel çox böyük rol oynayıb. O, Müqəddəs Pavel Bazilikasında indi və gələcəkdə silsilə tədbirlərin keçiriləcəyini vurğulayaraq deyib:

"Gördüyünüz bu nəcib işlər Sizin ölkənizi daha yaxından tanımaq üçün yaxşı fürsətdir".

Heydər Əliyev Fondunun Müqəddəs Pavel Bazilikasının örtüklərinin bərpasında iştirak etdiyini vurğulayan baş keşiş bu işin başa çatdırılmasında xeyli zəhmət çəkildiyini söyləyib. O, Romaya gələn zəvvarların sayını nəzərə alaraq, həmin bazilikada təhlükəsizliyin təmin edilməsi üçün Azərbaycanın dəstəyi ilə görülmüş işlərin müstəsna əhəmiyyətə malik olduğunu bildirib.

Sonra Müqəddəs Pavel Bazilikasının baş keşişi kardinal Ceyms Harviyə xatirə hədiyyəsi təqdim olunub.

Tarix
2025.10.16 / 22:55
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidenti bu mərkəzdə Mirziyayev qarşıladı

Azərbaycandan təbii qaz alışı üçün fəal iş görürük - Zelenski

Ermənistan-Azərbaycan münaqişəsi keçmişdə qalıb - Hacıyev

Azərbaycan bu qurumun üzvü oldu - Bu, nə deməkdir?

Bu qərara görə həmkarlarıma təşəkkür edirəm - Prezident

Dəhlizin tikintisi başa çatmaq üzrədir – İlham Əliyev

Mərkəzi Asiya ölkələrinin qardaş dəstəyi… - İlham Əliyev

Mərkəzi Asiya və Azərbaycan geoiqtisadi regiondur

Mərkəzi Asiya dövlətləri ilə münasibətlər... – Prezident

İlham Əliyev 7-ci Məşvərət Görüşünün iclasında çıxış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla