Yuxarı

Türk ordusunun iki ölkədə qalma müddəti uzadıla bilər

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türk ordusunun iki ölkədə qalma müddəti uzadıla bilər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İraq və Suriyadakı hərbçilərin mandatının daha üç il müddətinə uzadılması barədə sənədin təsdiqlənməsi üçün parlamentə təqdim edib.

Axar.az xəbər verir ki, bu barədə CNN Türk telekanalı məlumat yayıb.

Sənəddə qeyd edilib ki, Türkiyənin cənub sərhədlərində terror təhlükəsi qalmaqdadır və bu, onun milli təhlükəsizliyi üçün risklər yaratmaqda davam edir.

Ankara təhlükəsizlik üçün əsas təhdidlər kimi düşərgələri Şimali İraqda yerləşən PKK, ona bağlı Suriya Demokratik Qüvvələri və İŞİD terror qruplaşmasını göstərir.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələrinin İraq və Suriyada qalma mandatı parlament tərəfindən 2023-cü ildə təsdiqlənib və oktyabrın 29-da başa çatır. Ərdoğan parlamentdən onun oktyabrın 30-dan uzadılmasını istəyib.

Tarix
2025.10.16 / 21:49
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla