Yuxarı

Putinlə 2 görüş: 2015-də Mahmudov, 2025-də Mehdiyev...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Putinlə 2 görüş: 2015-də Mahmudov, 2025-də Mehdiyev...

Prezident Administrasiyasının sabiq rəhbəri, akademik Ramiz Mehdiyevə qarşı son dərəcə ağır ittihamlarla - dövlətə xəyanət, hakimiyyətin zorla ələ keçirilməsi və qanunsuz əldə edilən sərvətin leqallaşdırılması - cinayət işinin açılması və onun ev həbsinə məhkum edilməsinin səbəbləri haqda bu gün yayılan informasiya şok effekti verdi.

Axar.az Bakupost.az-a istinadən xəbər verir ki, mötəbər mənbəyə istinadla yayılan məlumatda Ramiz Mehdiyevin dövlət çevrilişi etmək üçün Rusiyadan yardım istədiyi haqda məlumatı Prezident İlham Əliyevə Rusiya Prezidenti Vladimir Putinin Düşənbə görüşündə verdiyi bildirilir.

Belə ki, İlham Əliyev MDB Dövlət Başçıları Şurasının sammitində iştirak etmək üçün 9-10 oktyabrda Tacikistanın paytaxtı Düşənbədə səfərdə idi və bu səfər çərçivəsində, 9 oktyabrda Rusiya prezidenti ilə təkbətək görüş keçirdi.

Bu görüş AZAL təyyarəsinin 2024-cü il 25 dekabrda Qroznı səmasında vurulmasından sonra keçən 9 ay müddətində pisləşən münasibətlərdən sonra ilk görüş idi. Belə görünür ki, Vladimir Putin ölkə daxilində bəzilərinin Rusiyanın dəstəyi ilə dövlət çevrilişi etmək istədiyini deməklə, faktiki olaraq İlham Əliyevə böyük simpatiyasını nümayiş etdirmək və ortadakı soyuqluğu aradan qaldırmaq yolunu tutur.

10 il öncəki mənzərəyə həddən artıq çox bənzəyir!

Yəni: 2015-ci il 15-16 oktyabr tarixində də MDB Dövlət Başçıları Şurasının Qazaxıstanın Akmola vilayətinin Burabay qəsəbəsində iclası keçirilmişdi. Prezident İlham Əliyev o sammitdən qayıdan kimi, gecə ilə keçmiş MTN-in ləğvi prosesi başlamışdı və 17 oktyabr səhəri artıq Eldar Mahmudovun vəzifədən azad edilməsi haqda sərəncam elan edildi. Ləğvetmə əməliyyatı isə çoxlarını cəzaçəkmə müəssisələrinə göndərdi.

10 ildən sonra yenə Orta Asiyada keçirilən yenə MDB sammitində qayıtdıqdan sonra daxildə xüsusi əməliyyat həyata keçirilir və 13 oktyabrda Ramiz Mehdiyevlə bağlı qərar elan edilir.

“Mehdiyev işi” kimlərin cəzaçəkmə müəssisəsinə yolunu açacaq, yaxın müddətdə yəqin ki, görəcəyik!

Tarix
2025.10.16 / 21:58
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentdən Füzuli ilə bağlı paylaşım - Video

Gəncədə törədilən növbəti terrordan beş il ötür

Putin və Şara nələri müzakirə edib? - Kremldən açıqlama

Mehdiyev dedi ki, Bakıda bir tualetim də yoxdur - Video

Mehdiyevin çevriliş cəhdində İmişli detalı - İlginc

Putin Düşənbədə Əliyevə Ramiz Mehdiyev haqda nələr deyib?

Fransa ilə anlaşılmazlığa səbəb olan məsələlər... - Prezident

İlham Əliyev Fransanın yeni səfirini qəbul etdi

Ramiz Mehdiyevin dövlət çevrilişi planını Rusiya ifşa edib - Şok

Tramp istəyir: Azərbaycan ordu göndərəcəkmi?

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla