Yuxarı

Gəncədə törədilən növbəti terrordan beş il ötür

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gəncədə törədilən növbəti terrordan beş il ötür

İkinci Qarabağ müharibəsi dövründə Gəncə şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən beşinci dəfə raket hücumuna məruz qalmasından beş il ötür.

Axar.az xəbər verir ki, 2020-ci il oktyabrın 17-də gecə saat 1 radələrində düşmən cəbhə zonasından kənarda yerləşən, Gəncə şəhərinin mərkəzindəki Cavadxan qəsəbəsini SCUD/Elbrus əməliyyat-taktiki ballistik raketləri ilə növbəti dəfə xain və qəddarcasına atəşə tutub.

Düşmənin hücumu zamanı yaşayış evləri tamamilə dağılıb, sakinlər dağıntılar altında qalıb.

Nəticədə 15 nəfər şəhid olub, 55-dən artıq şəxs yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib. Şəhid olanlar və xəsarət alanlar arasında azyaşlılar, qadınlar və qocalar da var.

Faktla bağlı Azərbaycan Baş Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni aparma), 120.2.1 (cinayətkar birlik–təşkilat tərəfindən qəsdən adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.7 (qəsdən iki və ya daha çox şəxsi öldürmə), 120.2.12 (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürməyə cəhd), 186.3-cü (əmlakı qəsdən məhv etmə və ya zədələmə xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) və digər maddələri ilə cinayət işi başlanaraq istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb.

Bundan başqa, Ermənistan silahlı qüvvələri həmin gün - oktyabrın 17-də gecə saat 1 radələrində növbəti dəfə Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyası olan Mingəçevir Su Elektrik Stansiyasını hədəfə almaqla cəbhə zonasından 100 km-dən artıq uzaqlıqda yerləşən, iri sənaye şəhəri Mingəçevirə raketlər atıb. Raketlər Ordumuzun Hava Hücumundan Müdafiə Qoşunları tərəfindən zərərsizləşdirilib.

Tarix
2025.10.17 / 00:21
Müəllif
Axar.az
Digər xəbərlər

Mikayıl Cabbarov Pəncab əyalətinin baş naziri ilə görüşdü

Sudanla saziş imzalandı: bu şəxslər üçün viza ləğv edildi

Şanxay Mükafatını tanıtmaq üçün bu tədbiri fürsət bilirik...

Rusiya və İranın məğlub olmasına imkan verməyən ölkə...

Şad xəbər: Quru sərhədlər açılır - Ekspert

Şəhərlər xalq tərəfindən qurulur və xalq üçündür - Şenqyun

Hikmət Hacıyevdən quru sərhədlərlə bağlı açıqlama

Dünya Şəhərlər Günü 2026-cı ildə Çində keçiriləcək

İlham Əliyev Tomaş Tarabanı qəbul etdi

Azərbaycana qərəzli yanaşanlara qrant verənlərin sayı...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla