Yuxarı

İlham Haqverdiyev həbs edildi - Nazirlikdən açıqlama

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
İlham Haqverdiyev həbs edildi - Nazirlikdən açıqlama

19:27

Müdafiə Nazirliyinin "İstirahət evi"nin rəisi mayor İlham Haqverdiyev barəsində həbs qətimkan tədbiri seçilib.

Axar.az xəbər verir ki, bu barədə qərar Bakı Hərbi Məhkəməsində verilib.

Həbs qətimkan tədbirinin müddəti 2 ay 20 gündür.

Qeyd edək ki, İlham Haqverdiyev Cinayət Məcəlləsinin 311-ci (rüşvət) maddəsi üzrə ittiham olunur.

***

Müdafiə Nazirliyi tərəfindən həyata keçirilən tədbirlər nəticəsində nazirliyin "İstirahət evi"nin rəisi mayor İlham Haqverdiyevin qanun pozuntusuna yol verdiyi müəyyən edilib.

Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Bununla bağlı müvafiq istintaq hərəkətlərinin aparılması, hadisəyə hüquqi qiymət verilməsi və qanun çərçivəsində tədbirlərin görülməsi məqsədilə araşdırma materialları aidiyyəti üzrə Hərbi Prokurorluğa təqdim edilib.

İ.Haqverdiyevin barəsində Hərbi Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanılıb.

Tarix
2025.10.16 / 22:31
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya bu silahı təklif edir - Azərbaycan alacaq?

Tokayevin Rusiya təklifinə Ankara nöqtə qoydu: Olmaz!

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla