Yuxarı

Pablo Pikassonun 600 minlik əsəri oğurlandı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Pablo Pikassonun 600 minlik əsəri oğurlandı

Dünyaca məşhur rəssam Pablo Pikassonun "Gitara ilə natürmort" əsəri yoxa çıxıb.

Kult.az xəbər verir ki, bu barədə “İdeal” nəşri məlumat yayıb.

Bildirilib ki, əsər Madriddən Qranadaya aparılarkən yoxa çıxıb, polis araşdırma aparır.

Rəsm təxminən 600.000 avroya sığortalanıb. Əsər keçən həftə Qranadada açılan "Caja-Qranada" Fondunda "Natürmort: Ətalətin əbədiliyi" adlı sərgidə nümayiş etdirilməli idi.

Əsərlər yoxlanarkən qalereya işçiləri rəsmlərdən birinin əskik olduğunu anlayıblar. Nəticədə sərgi “Gitara ilə natürmort” olmadan açılıb.

Bütün saxlama və daşınma şərtlərinə ciddi əməl edilsə də, Pikassonun “Gitara ilə natürmort” əsəri tranzit zamanı yoxa çıxıb.

Hüquq-mühafizə orqanları rəssamın əsərinin cinayətkarlar tərəfindən oğurlandığına əmindirlər. Hazırda hadisə ilə bağlı araşdırma aparılır.

Tarix
2025.10.16 / 21:09
Müəllif
Kamran Ədalət
Digər xəbərlər

Türkiyə Cümhuriyyətinin qurulmasından 103 il ötür

Azərbaycanı tənqid edənlər başlarını divara vursunlar - Paşinyan

İlham Əliyev İspaniyaya başsağlığı verdi

Döyüş komandanlığında NATO heyəti ilə görüş

İsraildə yeni hökumət qurulur: Daha aqressiv olacaq?

Bu rayonların icra hakimiyyətlərində həbslər başlayır?

Azərbaycanın sanksiya siyahısı yeniləndi

Bratislavadan Bakıya ilk aviareys yola düşdü

Azərbaycan İspaniyaya başsağlığı verdi

İcbari tibbi sığorta ödənişi ilə bağlı dəyişiklik

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla