Yuxarı

Erməni “uşaqlar” Ağdam yoluna beton düzdü - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Erməni “uşaqlar” Ağdam yoluna beton düzdü - Video

Xankəndi və ətrafındakı erməni separatçı-terrorçu dəstəsinin şousu davam edir.

Axar.az xəbər verir ki, guya “humanitar fəlakət” olduğunu və Azərbaycanın rus sülhməramlıların müvəqqəti yerləşdiyi ərazilərdə məskunlaşan ermənilərin aclıq çəkdiyi bildirilsə də, Azərbaycanın Ağdamdan istənilən məhsulu tədarük etməyin mümkünlüyü təklifinə qarşı dirəniş nümayiş olunur.

Qeyd etdiyimiz kimi, doğrudan da Qarabağdakı erməni icmasının qida təminatı istəyi olsaydı, erməni separatçı-terrorçu dəstəsi heç bir halda Azərbaycanın təklifinə qarşı çıxmazdı. Burda məqsəd “film” çəkmək, şou göstərmək, təbliğat aparmaqdır. Və əlbəttə ki, bütün bu proseslər Rusiyanın birbaşa tövsiyəsi və tələbi ilə həyata keçirilir.

Bu gün isə erməni separatçılar Ağdam yoluna beton düzərək, mümkün qida təminatını əngəllədiklərini görüntüləyiblər və bununla bağlı video yayıblar.

Videoya diqqət edək:

- Çəkiliş tam bir filmi xatırladır: kadrların dəyişməsi, kameranın manevrləri, çəkiliş istiqaməti burda “estetik rejissor işi” aparıldığını deməyə əsas verir. Hansı real aksiyada kameralar etirazçıların ayaqları altına qoyulur və yaxud onların sıra ilə düzülməsi, kadrdan keçidləri bu qədər nizam-intizamlı ssenariləşdirilir?

- Yeniyetmələrdən istifadə edilir, kadr arxasında gizlənən separatçı-terrorçular arvadları yeniyetmələrin və kameraların önünə çıxarıb, təbliğat nitqi söylədir;

- “Qarabağ sakinlərinin Ağdam-Əsgəran yolunu bağladığı” bildirilir. Hansı sakində kran, yük maşını və yollara düzmək üçün beton plitələr var? Erməni separatçılar ənənəvi olaraq uşaq və yeniyetmələrdən sui-istifadə edir.

Tarix
2023.07.18 / 22:34
Müəllif
Şeyx Teymur
Digər xəbərlər

İrəvan və Tehran Araz üzərində ikinci körpünü tikir

İlham Əliyev Maldiv prezidentini təbrik etdi

Ukrayna Xəzərdə gəmimizi vurdu, ölü və yaralılar var - İran

Ölkəmizlə bağlı qərəzli, qeyri-obyektiv sənəd...

Rusiyadan Azərbaycana pul köçürmələri dayandırıldı - Səbəb

ABŞ bu ərəb ölkəsinə nüvə silahı verir? - Saziş imzalandı

Möhsün Yazıçıoğlu sui-qəsdin qurbanı olub - 17 illik sirr açıldı

MM-dən ABŞ Konqresinin qanun layihəsinə kəskin etiraz

7 ölkə İranla savaşa girir? - Ekspert

Prezident onu Türkiyəyə səfir təyin etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla