Yuxarı

Moskvanın səhvi: Ankara üstünlüyü ələ alır

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Moskvanın səhvi: Ankara üstünlüyü ələ alır

Şimali İraq rəhbərliyi ilə münasibətlərin yaxın olması rəsmi Ankaranın kürdlərə münasibətdə manevr imkanlarını artırır.

Bu barədə Axar.az-a açıqlamasında analitik Vüqar Zifəroğlu danışıb. O bildirib ki, Türkiyənin istər İraqda, istərsə də Suriyada dəyişməz maraqları və prioritetləri var:

"Əslində Türkiyənin kürd muxtar vilayəti ilə münasibətlərindəki istiləşmə İranla yaxınlığı ilə seçilən İraq rəhbərliyini qıcıqlandırır. Yəni burada məsələ yalnız Rusiya faktoru deyil. Bu amil Rusiyanın bölgədə daha aktiv rol almaq niyyətini hərbi iştirakla təsdiqləməsindən və Suriyadakı son hadisələrdən sonra meydana çıxdı. Kreml Türkiyənin daxilindəki bölücü qruplaşmaların maraqlarının siyasi ifadəçisi funksiyasını yerinə yetirən şəxslərə üstünlük verməklə yanlış bir yol seçir. Rusiya bununla heç nəyə nail ola bilməyəcək. Şimali İraq rəhbərliyi ilə münasibətlərin yaxın olması rəsmi Ankaranın kürdlərə münasibətdə manevr imkanlarını nəinki artırır, hətta Türkiyəyə əlavə siyasi və iqtisadi dividentlər də qazandırır. Türkiyənin istər İraqda, istərsə də Suriyada dəyişməz maraqları və prioritetləri var. Şimali İraq və Suriya da bu prioritetlərdəndir. Məhz bu səbədən də sözügedən bölgələrdə həm siyasi, həm də ticari maraqlardan çıxış edən Ankara maksimum dərəcədə nüfuzunu artırmağa çalışacaq. Bu əsnada Türkiyənin Mosula son müdaxiləsini xatırlatmaq yerinə düşərdi".

Tarix
2016.01.01 / 09:30
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

İlham Əliyev BƏƏ-nin energetika nazirini qəbul etdi

Liviya lideri də Bakıya gəldi

Türkiyədə mənzil ehtiyacı ciddi problemə çevrilib - Bulut

Çexiya Qarabağın bərpasına dəstək verməyə hazırdır

Normadan artıq yağan yağışlar nəyin nəticəsidir?

Bolqarıstan prezidenti Bakıya gəldi

Paşinyan da bu türk ölkəsinin liderini təbrik etdi

WUF13-də BMT və Azərbaycan bayraqları qaldırıldı - Video

Bakı Forumundan gözləntim budur - Tonqva

2030-cu ilə qədər hər gün 96 min ev… - Qarnaqa

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla