Yuxarı

Vitse-spiker: "Qarabağ münaqişəsinin həlli..."

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

2015-ci ildə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində keçirilən görüşlər istədiyimiz nəticəni verməsə də, digər konfliktlərin yaranması Qarabağ məsələsinin arxa plana atılmasına imkan verməyib.

Bunu Trend-ə Milli Məclisin vitse-spikeri Bahar Muradova deyib.

B.Muradova Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı hər hansı yeniliklərin olacağına ümidlərin itmədiyini deyib:

"2016-cı il üçün ümidli olmamıza əsas yaradan mövqeyimizin haqlı, beynəlxalq hüququn, haqqın-ədalətin isə bizim tərəmizdə olmasıdır. Ona görə də ümidimizi heç vaxt itirmirik. Bu məsələnin məhz beynəlxalq hüququn prinsiplərinə uyğun həll ediləcəyinə inanırıq".

B.Muradova qeyd edib ki, 2016-ci ildə də Dağlıq Qarabağ münaqişəsinin həllinin müzakirəsi öz aktivliyini saxlayacaq.

Vitse-spikerin sözlərinə görə, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesində davamlı iştirak etməkdə maraqlıdır:

"Dağlıq Qarabağ daim müzakirə olunan, üzərində çalışılan bir problem olaraq qalmaqdadır. Çalışmaq lazımdır ki, bu istiqamətdə aparılan fəaliyyət konkret nəticə versin. Bu il ərzində də istər beynəlxalq təşkilatlarda, istər ikitərəfli münasibətlərdə bir sıra maraqlı hadisələr olub. Həm həmsədrlərin regiona çoxsaylı səfərləri olub, həm də başqa ölkələrdə beynəlxalq təşkilatların tədbirləri çərçivəsində bu məsələlərə ciddi diqqət yetirilib. Prezident İlham Əliyev Türkiyənin Antalya şəhərində keçirilən "Böyük İyirmiliyin" (G20) sammitində iştirak edərkən dünya dövlətlərinin diqqətini bir daha bu məsələyə yönəldib".

Tarix
2016.01.01 / 13:29
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyev və Rəisi bu iki bəndin açılışında iştirak edəcək

Ermənilərin yaydığı nümunə: sərhədə baxın... - Foto

Kupman Cənubi Qafqazdan sonra Türkiyəyə gedir

Mehriban Əliyeva xristian icmasını təbrik etdi

Baxçalı “Əhməd Cavad" Şərəf Medalı ilə təltif olundu

Ceyhun Bayramov İƏT sammitində çıxış etdi

İƏT-dən azərbaycanlıların Ermənistana qayıdışına dəstək

Azərbaycan və Somali qarşılıqlı əməkdaşlığı müzakirə etdi

İsa Qəmbərin seçilən gün Əliyev etirafı və mesajı…

Qərb Tiflisə hücuma keçib: Səbəb nədir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla