Erməni silahlı bölmələri cəbhənin müxtəlif
istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 115 dəfə
pozub.
Axar.az-a Müdafiə Nazirliyindən verilən məlumata görə,
Ermənistan Respublikası İcevan rayonunun Berkaber kəndində yerləşən
mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində, Krasnoselsk
rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən
Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən
mövqelərimiz atəşə tutulub.
Goranboy rayonunun Talış, Gülüstan, Tərtər rayonunun Göyarx,
Çiləbürt, Ağdam rayonunun Şıxlar, Cəvahirli, Sarıcalı, Kəngərli,
Novruzlu, Şuraabad, Yusifcanlı, Mərzili, Qaraqaşlı, Xocavənd
rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qaraxanbəyli,
Qorqan, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri
yaxınlığında, həmçinin Göygöl, Goranboy, Xocavənd, Füzuli və
Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən
mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitini nəzərə alaraq
düşmənin atəş nöqtələrinə, mövqelərinə və səngərlərinə 120 dəfə
atəş zərbəsi endirib.