Yuxarı

Brüssel hərəkətə keçir: Aşqabadla danışıqlar

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Brüssel hərəkətə keçir: Aşqabadla danışıqlar

Türkmənistanla Rusiya arasında qaz əməkdaşlığının dayanması Brüssel üçün Aşqabadla danışıqların yeni mərhələyə keçməsi baxımından mühüm bir şansdır.

Bu barədə Axar.az-a iqtisadçı alim Vüqar Bayramov açıqlama verib. Ekspert Rusiyanın türkmən qazından imtina etməsi fonunda Transxəzər layihəsinin gələcək perspektivlərindən danışıb:

"Rusiya Türkmənistandan qaz almaqla bu ölkənin dünya bazarlarına çıxış imkanlarını xeyli dərəcədə məhdudlaşdırırdı. Sözsüz ki, burada siyasi dairələrin də fəaliyyəti yüksək idi. Bu da özünü məhz qaz anlaşmasında göstərirdi. Nəzərə alsaq ki, Rusiya Avropadakı mövqeyini hələ də qoruyub saxlayır və qitə alternativ qaz mənbələrindən tam istifadə etmək imkanlarına malik deyil. Rusiyanın Türkmənistandan qaz nəqlini dayandırması daha çox siyasi məqsədlərdən qaynaqlanır. Bəzi məlumatlara görə, Rusiya müəyyən vaxtdan sonra Türkmənistandan qaz nəqlini bərpa edə bilər. Ancaq son addım Moskvanın Aşqabada siyasi təzyiqidir. Əgər Rusiya bazar olaraq Türkmənistan üçün əhəmiyyətini itirirsə, Türkmənistan isə Rusiya vasitəsilə Avropa bazarına çıxış imkanlarını azaldarsa, o zaman Aşqabad Şərqə, xüsusilə Asiya bazarına çıxmağı planlaşdıra bilər. Eyni zamanda, Aşqabad Transxəzər qaz kəməri vasitəsilə Avropaya çıxış imkanlarını da artırmış olar".

İqtisadçının sözlərinə görə, Türkmənistanın Transxəzərə qoşulması layihənin rentabelliyini artıracaq:

"Türkmənistanın layihəyə qoşulacağı halda 1-ci mərhələdə Türkiyə və Avropa bazarına çıxarılan qazın həcminin artırılması mümkündür. Çünki 16,6 milyard kub metr qaz Şahdəniz-2-ci fazasından ixrac ediləcək mavi yanacaqdır. Türkmənistanın Transxəzərə qoşulması TANAP və TAP-ın ötürülmə qabiliyyətini və rentabelliyini artıracaq. Əslində, Rusiyanın qərarı Brüssel üçün Aşqabadla danışıqların yeni mərhələyə keçməsi baxımından mühüm bir şansdır. Nəticədə türkmən qazı Cənub qaz dəhlizi vasitəsilə Avropa bazarına çıxarılacaq. Bu, Azərbaycan üçün əhəmiyyətli, xərclənən vəsaitlərin qısa zamanda ödənilməsi ilə tərəflərin gəlir imkanlarının artırılması baxımından da önəmlidir".

Qeyd edək ki, "Qazprom" yanvarın 4-də Türkmənistandan təbii qaz alışını dayandırıb.

Tarix
2016.01.06 / 08:45
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

MHP Azərbaycanı təbrik etdi

Azərbaycan, Türkiyə və daha 3 türk ölkəsi razılığa gəldi

Türkiyədən Azərbaycana dəstək aksiyası - Foto

Türkiyə XİN Azərbaycanı təbrik etdi

Mehriban Əliyeva 18 oktyabrla bağlı paylaşım etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla