Yuxarı

“Bu şayiələrə son qoyulmalıdır”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tələbələrin narahatlığını aradan götürmək üçün müvafiq qurumlar açıqlama verməli və ən azı yaxın 2 ildə təhsilin yarıda qalmaması üçün heç bir halda təhsil haqları artırılmamalıdır.

Axar.az xəbər verir ki, bu haqda millət vəkili Qənirə Paşayeva açıqlama verib. Deputat bildirib ki, dövlət universitetlərində ödənişli əsaslarla təhsil alan və bəzi özəl universitetlərdə oxuyan bir çox tələbə təhsil haqlarının artması narahatçılığı ilə ona müraciət ediblər:

"Özəl universitetlər də bu addımı atmamalıdırlar. Bu, rayon və kənd yerlərindən təhsil almağa gələn gənclər üçün çox ciddi problem yarada bilər. Çünki onlar təhsil haqqı ilə bərabər, ucuz olmayan kirayə ev haqqı da verirlər və buraya yemək, nəqliyyat xərcləri də daxil olduğu zaman ailələrin böyük bir qismi üçün ciddi problem yaranır. Qiymətlərin artması isə birbaşa bölgələrdən təhsil almağa gələnlərin sayına təsir edə bilər. Onsuz da bölgələrdə ailələrin bir çoxu üçün övladının ödənişli təhsil almasını təmin edə bilmək çətindir. Təhsil millətin gələcəyidir. Ona görə də ali məktəblərdə təhsil haqlarının artmasına heç cür imkan vermək olmaz və ailələrin arasında bu istiqamətdə getdikcə artan narahatlığa dövlət və özəl olmasından asılı olmayaraq ali təhsil ocaqlarını açıqlama verərək son qoymalıdır".

Tarix
2016.01.07 / 17:15
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

Xankəndidə sahibkarlar işə başladı - Video

İYİ Partiyasının yeni sədri məlum oldu

Müharibədən sonra neçə nəfər mina qurbanı olub?

Titusun Azərbaycana qərəzi: 44 rəqəmini seçdi... - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla