Yuxarı

Onun hesabatını ciddi qəbul etmək çətindir - Hacıyev

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Luis Moreno Okamponun hesabatını ciddi qəbul etmək çətindir, o, barəsində mühüm ittihamlar irəli sürülən korrupsioner vəkildir.

Axar.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev CNN telekanalına müsahibəsində deyib.

"Onun bu reportajı erməni lobbiçilərinin pulu ilə hazırlamasını sübut edən faktlar var. Təəssüf edirəm ki, o, hüquqşünas olsa da, "soyqırım" anlayışından sui-istifadə edir, bəzi beynəlxalq media resursları isə bu anlayışdan düzgün istifadə etmir", - H.Hacıyev vurğulayıb.

Onun sözlərinə görə, bu, təhqir kimi qəbul edilir, çünki Azərbaycan xalqı öz tarixində etnik təmizləmə ilə üzləşib.

O, hər bir ölkə kimi Azərbaycanın da öz suverenliyini və ərazi bütövlüyünü təmin etmək hüququna malik olduğunu vurğulayıb.

Bundan əvvəl deyilib ki, Azərbaycan əleyhinə qərəzli hesabatın müəllifi, Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş baş prokuroru, hüquqşünas Luis Moreno Okampo dəfələrlə qalmaqalların mərkəzində olub və o, manipulyasiya və hüquq normalarının pozulmasında şübhəli bilinib.

Tarix
2023.09.20 / 23:55
Müəllif
Axar.az
Digər xəbərlər

Yaxınlarda sülh sazişi ilə bağlı yaxşı xəbər ola bilər - Mirzoyan

Prezident faşizmlə mübarizədə həlak olanların xatirəsini andı

Prezident və xanımı Fəxri xiyabanda... - Foto

Azərbaycan hərbçiləri Qırmızı meydanda - Video

Azərbaycanla danışıqlarda Rusiyaya ehtiyacımız yoxdur

İlham Əliyev Almaniya Kanslerinə məktub göndərdi

Prezident Daniel Noboa Azini təbrik etdi

İlham Əliyev Roma Papası XIV Leonu təbrik etdi

Azərbaycan faktları təqdim etdi, araşdırdıq ki… - Qriqoryan

Niyə yeni Papa amerikalı seçildi? - Çin faktoru…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla