Yuxarı

Makronun Bakıya qarşı BMT TŞ təzyiqi… - Əsgəri

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransanın bu tələbi daha çox onun daxili siyasəti, orada yaşayan erməni lobbisi ilə əlaqədardır.

Bu sözləri Axar.az-a tanınmış güneyli siyasətçi, İran və Qafqaz üzrə siyasi şərhçi Kərim Əsgəri Fransanın Azərbaycanın antiterror tədbiri ilə bağlı BMT Təhlükəsizlik Şurasının iclasının təcili çağırılması tələbinə münasibət bildirərkən deyib.

O bildirib ki, Paris Qarabağda Azərbaycanın yüksək səviyyədə və dəqiqliklə apardığı və artıq yekunlaşdırdığı antiterror tədbirlərindən sonra BMT TŞ-də hər hansı uğura nail olmayacaq:

“Azərbaycan beynəlxalq hüquqa uyğun öz ərazilərində antiterror tədbiri keçirib. Bu baxımdan Fransanın hədəfinə çatan və mülki insanların heç bir zərər görmədiyi antiterror tədbirlərinə görə Bakıya təzyiq cəhdi nəticəsiz olacaq. Qarabağda heç bir ölkə tərəfindən tanınmayan, qondarma, separatçı və silahlı bir qurum vardı, indi artıq o da yoxdur və deməli, müzakirə ediləcək nəsə də qalmayıb”.

Tarix
2023.09.21 / 08:30
Müəllif
Vüsalə İsgəndərova
Digər xəbərlər

Yaxınlarda sülh sazişi ilə bağlı yaxşı xəbər ola bilər - Mirzoyan

Prezident faşizmlə mübarizədə həlak olanların xatirəsini andı

Prezident və xanımı Fəxri xiyabanda... - Foto

Azərbaycan hərbçiləri Qırmızı meydanda - Video

Azərbaycanla danışıqlarda Rusiyaya ehtiyacımız yoxdur

İlham Əliyev Almaniya Kanslerinə məktub göndərdi

Prezident Daniel Noboa Azini təbrik etdi

İlham Əliyev Roma Papası XIV Leonu təbrik etdi

Azərbaycan faktları təqdim etdi, araşdırdıq ki… - Qriqoryan

Niyə yeni Papa amerikalı seçildi? - Çin faktoru…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla