Yuxarı

Paşinyan: Bundan əl çəkməyəcəm, bizə sülh lazımdır!

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gərgin regional vəziyyətdə sülhdən danışmaq lazımdır və onu atəşkəslə qarışdırmamalıyıq.

Axar.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

“Bu gün biz çətin dövrlərdən keçirik, amma başa düşmək vacibdir ki, niyə bu yolu keçməliyik. Sülh lazımdır. Bu, təhlükəsizliyi, müstəqilliyi, suverenliyi təmin edən amildir. Çoxları hesab edir ki, bu gərgin regional vəziyyətdə sülhdən danışmaq mümkün deyil, lakin məhz bu şəraitdə sülhdən danışmaq lazımdır və bunu atəşkəslə qarışdırmaq olmaz. Bu çətin yol daxili və xarici sarsıntılardan keçir və biz dövlətçilik, müstəqillik, gələcək naminə bu yolu keçməliyik”, - o bildirib.

O vurğulayıb ki, 1991-ci ildə respublikanın SSRİ-dən ayrılması ilə bağlı Almatı bəyannaməsi Ermənistanın müstəqilliyinin əsas amillərindən biridir:

“Məni tənqid edirlər ki, xarici və regional siyasət apararkən 1991-ci il Almatı bəyannaməsinə və bununla bağlı sənədlərə əsaslanıram. Çoxları bu sənədlərə əsaslanan siyasətdən imtina etməyə çağırır. Amma məsələ ondadır ki, bəyannamə və onunla bağlı sənədlər Ermənistanın müstəqilliyinin əsas amillərindən biridir və Ermənistanın müstəqilliyinin siyasi və hüquqi əsaslarını təsbit edir”.

Paşinyan qeyd edib ki, bu siyasətdən əl çəkməyə çağırışlar müstəqillikdən, suverenlikdən və ərazi bütövlüyündən əl çəkməyə çağırışlardır.

Tarix
2023.09.21 / 13:22
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Prezident və xanımı Fəxri xiyabanda... - Foto

Azərbaycan hərbçiləri Qırmızı meydanda - Video

Azərbaycanla danışıqlarda Rusiyaya ehtiyacımız yoxdur

İlham Əliyev Almaniya Kanslerinə məktub göndərdi

Prezident Daniel Noboa Azini təbrik etdi

İlham Əliyev Roma Papası XIV Leonu təbrik etdi

Azərbaycan faktları təqdim etdi, araşdırdıq ki… - Qriqoryan

Niyə yeni Papa amerikalı seçildi? - Çin faktoru…

Ermənistan və Azərbaycan arasında müharibə... - Paşinyan

Pakistanın İsrailə zərbəsi o qədər güclü olacaq ki... – Arkov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla