Yuxarı

Bütün dünya Qarabağda bunun şahidi olacaq – Ekspert

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycan çox böyük və tarixi uğura imza atdı. Ordumuz yüksək peşəkarlıq nümayiş etdirdi, mülki sakinlər atəş altında qalmadı, yalnız hərbi hədəflər dəqiq atəşlə məhv edildi. Cənab Prezidentin də xalqa müraciətində vurğuladığı kimi, bundan sonra dinc birgəyaşayış üçün fundamental hüquqların təmini, humanitar məsələlərin həlli və sosial layihələrin icrası mərhələsi başlayır.

Bu sözləri Axar.az-a İlham Əliyevin keçirilən lokal antiterror tədbirləri barədə xalqa müraciəti haqqında danışan politoloq İlyas Hüseynov deyib.

Politoloq Azərbaycanın qısa zamanda qarşısına qoyduğu bütün vəzifələrin öhdəsindən gələcəyini vurğulayıb:

“Ölkəmiz antiterror tədbirləri ilə özünün dövlət iradəsini ortaya qoydu və nəticə kimi hazırda sözügedən məsələlər Yevlaxda keçirilən görüşdə ən incə detallarına kimi müzakirə edilir. Bundan öncə Bakıda görüş təklif edildi, eyni zamanda erməni icması Ağdamda və Yevlaxda görüşü qəbul edib, sonra imtina etdilər. İmtinadan sonra isə onlar ölkəmizdə terror fəaliyyətinə davam etdilər, Azərbaycanın da antiterror tədbirlərindən başqa çıxış yolu qalmadı. Xankəndi və ətrafında dövlətimizin konstitusion quruluşu təmin olunduqdan, hərbsizləşdirmə bitdikdən sonra reinteqrasiya prosesi daha sürətlə gedəcək, beləliklə bölgənin çöhrəsi dəyişəcək. Bütün dünya və Ermənistanın arxasında duranlar da Azərbaycanın görəcəyi tədbirlər fonunda dövlət ciddiyyətini, beynəlxalq hüquqlara, insan hüquqlarına əsl hörmətin şahidi olacaqlar”.

Tarix
2023.09.21 / 14:44
Müəllif
Söhrab İsmayıl
Digər xəbərlər

Prezident və xanımı Fəxri xiyabanda... - Foto

Azərbaycan hərbçiləri Qırmızı meydanda - Video

Azərbaycanla danışıqlarda Rusiyaya ehtiyacımız yoxdur

İlham Əliyev Almaniya Kanslerinə məktub göndərdi

Prezident Daniel Noboa Azini təbrik etdi

İlham Əliyev Roma Papası XIV Leonu təbrik etdi

Azərbaycan faktları təqdim etdi, araşdırdıq ki… - Qriqoryan

Niyə yeni Papa amerikalı seçildi? - Çin faktoru…

Ermənistan və Azərbaycan arasında müharibə... - Paşinyan

Pakistanın İsrailə zərbəsi o qədər güclü olacaq ki... – Arkov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla