Yuxarı

Paris Bakıya qarşı: yenə məğlub oldu – Akyar

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa Ermənistanla birlikdə 21 sentyabrda Azərbaycanın keçirdiyi lokal antiterror tədbirləri ilə bağlı BMT TŞ-nin təcili iclasını çağırdı. Təxminən bir ay öncə, avqustun ortalarında da Laçın yolu ilə bağlı BMT TŞ-yə müraciət etmişdilər.

Bu sözləri Axar.az-a Fransanın ölkəmizə qarşı apardığı siyasət haqqında danışan Türkiyə Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki, Şimali Kipr Türk Respublikasının Girnə Amerikan Universitetinin Beynəlxalq münasibətlər kafedrasının müəllimi Sadiq Akyar deyib.

Alim Fransanın bu addımları ilə öz dövlət nüfuzuna və Azərbaycanla münasibətlərinə ciddi zərbə vurduğunu qeyd edib:

“Zaman bütün dünyaya Azərbaycanın bu məsələdə atdığı addımlarda haqlı olduğunu göstərdi. Bu gün Qarabağda həyata keçirilən lokal antiterror tədbirlərinin uğurla nəticələnməsində “Laçın” sərhəd-buraxılış məntəqəsinin qoyulmasının çox böyük rolu var. Hər iki iclasda Azərbaycana mülki erməni əhalisi üzərindən hansısa təzyiqlər edilmək istənildi. Bunun pərdəarxası məqsədi isə BMT sülhməramlıları adı altında Qərb ölkələrinin silahlı dəstələrinin Qarabağa yeridilməsinə nail olmaqdır. Əlbəttə, bunu Rusiya heç vaxt qəbul edə bilməz. Fransanın hər iki həmlədə uğursuzluğa düçar olması onun nüfuzuna və BMT TŞ-nin daimi üzvü kimi ağırlığına mənfi təsir göstərəcək. “Yalançı çoban” kimi Parisin dediklərinə inananlar azalacaq. Fransa 30 ilə yaxın müddətdə artıq tarixə qarışan Minsk Qrupunun həmsədri oldu, ancaq bu müddət ərzində qış yuxusundan ayılmadı, ədalətsizliyə göz yumdu. Azərbaycan da 44 günlük Vətən müharibəsi ilə BMT TŞ qətnamələrini yerinə yetirdi və indi də lokal antiterror tədbirləri ilə yarımçıq qalan işi tamamlayır. Xankəndi və ətrafında Azərbaycan bayrağı dalğalanacaq, Ermənistan ordusunun bölgədəki qalıqları tərk-silah ediləcək və reinteqrasiya prosesi başlayacaq. Artıq planlar hazırdır, Yevlax prosesi bunun sübutudur. Məncə, Fransa və AB atdığı addımları düşünməlidir. Qarabağ Azərbaycanın suveren torpağıdır, buna şübhə yoxdur. Fransanın atdıqları addımlar mənasızdır. Qış qapıdadır, Rusiya ilə problemlər var və yenə Azərbaycana qaz üçün xahişə, minnətə gələcəklər. Fikrimcə, bunu və digər məsələləri də nəzərə almalıdırlar”.

Tarix
2023.09.25 / 09:00
Müəllif
Söhrab İsmayıl
Digər xəbərlər

Prezident bu sözləri deyərkən kövrəldi - Video

Prezidentlə Ağ Şəhərdə xoşbəxtlik selfisi...

İlham Əliyev onları ayaqüstə alqışladı - Video

Mehriban Əliyeva Ağdam səfərindən video paylaşdı

Prezidentin vətəndaşla söhbəti: Mənim də ad günümdür - Video

Yekun qərarı Bakı verəcək - Ərdoğanın müşaviri

Prezident və xanımı Ağdam Muğam Mərkəzinin açılışında

Prezident kanat yolundan danışdı

İlham Əliyevin hesabında Ağdamdan görüntülər yayıldı - Video

Bakıdan Pakistan-Hindistan atəşkəsinə reaksiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla