Yuxarı

Bakının əməliyyatı o qədər sürətli oldu ki… - Rus ekspert

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın antiterror tədbirləri 24 saatdan az vaxt ərzində tam mənada bütün məqsədlərinə çataraq uğur qazandı. Antiterror tədbirlərində Azərbaycan Silahlı Qüvvələri yüksək peşəkarlığını və qarşıya qoyulmuş vəzifələri tam həll etmək bacarığını nümayiş etdirdi.

Axar.az xəbər verir ki, bunu rusiyalı hərbi politoloq, "Milli müdafiə" jurnalının baş redaktoru İqor Korotçenko deyib.

"Söhbət siyasi aspektdən gedirsə, o zaman istər erməni lobbiçilərinin, istərsə də Azərbaycan əleyhdarlarının Bakıya irimiqyaslı hərbi-siyasi təzyiq göstərməsinin qarşısını almaqda yenə də zaman faktoru əsas rol oynadı, çünki antiterror əməliyyatının ilk günündə bütün əsas məsələlər həll edildi. Nəticədə, hərbi uğurlar Bakıya qarşı genişmiqyaslı təzyiq kampaniyası üçün bütün mümkün siyasi hazırlıqları dəyərdən saldı və bu kimi cəhdlər mənasını itirdi. Bu hallar Bakının son dərəcə uğurlu əməliyyatından xəbər verir",- o bildirib.

Korotçenko qeyd edib ki, antiterror tədbirlərinin uğurunda bir neçə amil rol oynadı:

"Birincisi, Azərbaycan Silahlı Qüvvələri separatçıların nəzarət etdiyi ərazidə baş verənlərdən çox yaxşı xəbərdar idi, ikincisi, hərbi hədəflərin və obyektlərin cərrahi yolla məhv edilməsi üçün dəqiq silahlardan maksimum istifadə edildi, üçüncüsü, təlim keçmiş xüsusi təyinatlılar irəliləyərək, əməliyyata lazımi dəstəyi təmin edə bildilər, dördüncüsü, bütün hadisələr ildırım sürəti ilə inkişaf etdiyi üçün Qərbin güc mərkəzlərindən separatçılara siyasi dəstək mümkün olmadı.

Bu, əməliyyatın vaxtı və yerinin vəziyyətin aydın təhlili əsasında seçildiyini deməyə əsas verir. Hesab edirəm ki, yaxın günlərdə erməni silahlı birləşmələri Azərbaycanın Qarabağ iqtisadi rayonunun ərazisini tam tərk edəcəklər. Buna paralel olaraq separatçıların qanunsuz silahlı birləşmələri artıq tərk-silah edilir və bu proses davam edir".

Tarix
2023.09.27 / 09:00
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Azərbaycan hərbçiləri Qırmızı meydanda - Video

Azərbaycanla danışıqlarda Rusiyaya ehtiyacımız yoxdur

İlham Əliyev Almaniya Kanslerinə məktub göndərdi

Prezident Daniel Noboa Azini təbrik etdi

İlham Əliyev Roma Papası XIV Leonu təbrik etdi

Azərbaycan faktları təqdim etdi, araşdırdıq ki… - Qriqoryan

Niyə yeni Papa amerikalı seçildi? - Çin faktoru…

Ermənistan və Azərbaycan arasında müharibə... - Paşinyan

Pakistanın İsrailə zərbəsi o qədər güclü olacaq ki... – Arkov

Prezident faşizmlə mübarizədə həlak olanların xatirəsini andı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla