Yuxarı

Nikol artıq qəti qərar verib: ABŞ yardım edəcək

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ və ümumiyyətlə, kollektiv Qərbin Cənubi Qafqazla bağlı planı bəllidir. Onların əsas məqsədi burada Rusiyaya qarşı yeni bir geosiyasi konfrantasiya və qırılma xətti yaratmaqdır. Qərb bunu nə rəngli inqilablar dövründə, nə də indi gizlədir. Yollar fərqli olsa da, məqsəd eynidir.

Bu sözləri Axar.az-a ABŞ-Ermənistan münasibətlərinin yaxınlaşması və Rusiyadan uzaqlaşmaq üçün atılan addımlar haqqında danışan siyasi şərhçi Turab Rzayev deyib.

Politoloq artıq İrəvan və Moskva arasındakı gərginliyin özünün pik həddinə çatma, açıq mərhələyə keçmə ərəfəsində olduğunu vurğulayıb:

“Paşinyanın qarşısına qoyulan birinci hədəf Ermənistanın Rusiyadan uzaqlaşdırılması və Qərbə inteqrasiyasıdır. O, hakimiyyətə gəldikdən sonra ilk iş kimi Rusiyanın ölkə daxilindəki əlaltıları ilə mübarizəyə başladı. Lakin hazırkı məqamda Ermənistan və Rusiya arasındakı konfrantasiya açıq fazaya keçmək üzrədir. Paşinyan indiyədək Rusiyadan qorxduğu üçün balanslaşdırma siyasəti aparmağa çalışırdı, ancaq bu gün Qərbə üz tutduğunu gizlətmir. Xüsusilə KTMT üzvü ola-ola ABŞ-la birlikdə hərbi təlimlər keçirməsi, Vaşinqtonun bölgəyə dəvət edilməsi, çoxsaylı səfərlər, Rusiya ilə müttəfiqliyin səhv seçim olması ilə bağlı çıxışlar, Co Baydenin Paşinyana təhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsi ilə bağlı məktubu baş nazirin artıq öz qəti qərarını verdiyini göstərir. Yəni Paşinyan Qərbin bölgəyə hərbçilərini göndərməsini və burada Rusiyaya qarşı növbəti cəbhə açılmasını istəyir. Son hadisələr, Qərbdən verilən reaksiya Paşinyanın istəyinin qarşılıqlı olduğunu nümayiş etdirir. Artıq baş nazirə və komandasına ciddi etirazlar var, hətta çevriliş planını gerçəkləşdirmək istəyən zabitlər və s. həbs olundu. Qarşıdakı günlərdə isə ABŞ-ın Paşinyanı müəyyən həmlələrdən fiziki şəkildə qorunması üçün bir sıra addımlar atması da mümkündür”.

Tarix
2023.09.27 / 08:30
Müəllif
Söhrab İsmayıl
Digər xəbərlər

Prezident və xanımı Fəxri xiyabanda... - Foto

Azərbaycan hərbçiləri Qırmızı meydanda - Video

Azərbaycanla danışıqlarda Rusiyaya ehtiyacımız yoxdur

İlham Əliyev Almaniya Kanslerinə məktub göndərdi

Prezident Daniel Noboa Azini təbrik etdi

İlham Əliyev Roma Papası XIV Leonu təbrik etdi

Azərbaycan faktları təqdim etdi, araşdırdıq ki… - Qriqoryan

Niyə yeni Papa amerikalı seçildi? - Çin faktoru…

Ermənistan və Azərbaycan arasında müharibə... - Paşinyan

Pakistanın İsrailə zərbəsi o qədər güclü olacaq ki... – Arkov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla