Yuxarı

QAİ-dən erməni spikerin böhtan dolu çıxışına reaksiya

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Biz Ermənistan parlamentinin sədri Alen Simonyanın Avropa Şurası parlament rəhbərlərinin İrlandiyanın Dublin şəhərində keçirilən Avropa Konfransında etdiyi yalan və böhtan dolu çıxışını qınayırıq.

Axar.az xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında deyilir.

"Əzabkeş cildinə girərək, “timsah göz yaşı” axıdan A.Simonyan öz çıxışında guya Ermənistanın demokratiya və insan hüquqlarına bağlı olduğu və bu səbəbdən də xarici təzyiqlərlə üzləşməsi təəssüratı yaratmağa çalışmışdır.

Xatırlatmaq istərdik ki, Ermənistanda heç vaxt demokratik və qanunun aliliyinə hörmət edən quruluş olmayıb. 2018-ci ildə əvvəlki cinayətkar rejimi çevriliş yolu ilə devirmiş hazırkı hökumət ideologiyası və siyasi xətti baxımından öz sələflərindən qətiyyən fərqlənmir. Müharibə caniləri Koçaryanın və Sarqsyanın millətçi və ksenofob ideologiyası, total etnik təmizləmə və ərazi ekspansiyası siyasətinin əlamətləri hələ də qalmaqdadır. “Qarabağ Ermənistandır. Nöqtə”, “Yeni ərazilər uğrunda yeni müharibə” deyən, 2020-ci il məğlubiyyətindən dərs çıxarmayıb Qarabağa silah-sursat, əsgər göndərən, Qarabağ üçün “beynəlxalq mexanizm”dən dəm vuran, ordusunun qalıqlarını Azərbaycandan çıxarmaqdan imtina edən Paşinyan hökumətinin əməlləri hələ yaddaşlardadır. İndi bu hökumətin azı sözdə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi və sülhdən danışması, onun səmimi şəkildə peşman olub haqq yoluna gəlməsi ilə bağlı deyil, Azərbaycan tərəfinin beynəlxalq hüquq çərçivəsində atdığı qətiyyətli addımlar sayəsində mümkün olmuşdur.

Qarabağ bölgəsinin erməni sakinlərinin re-inteqrasiyası üçün bütün şəraiti yaratmış Azərbaycanı “etnik təmizləmə”də əsassız şəkildə ittiham etmək əvəzinə Simonyan, niyə Ermənistan ərazisində bir nəfər də olsun azərbaycanlının qalmaması və Ermənistanın onların təhlükəsiz şəkildə və ləyaqətlə qayıtmasına imkan verməməsinə dair izahat verməlidir.

Nəhayət, vurğulamaq istərdik ki, insan hüquqlarından dəm vuran A. Simonyanın II Qarabağ müharibəsində öz torpaqlarını Ermənistan işğalından azad edərkən həlak olmuş azərbaycanlı hərbi qulluqçuların fotolarını öz sosial şəbəkə hesablarında təhqiramiz ifadələr işlədərək yaymasını unutmamışıq.

Biz Ermənistan tərəfindən xarici dairələrin əlində alət olmaq kimi zərərli vərdişindən əl çəkməyi, davamlı sülh üçün yaranmış fürsəti lazımınca dəyərləndirməyi və Ermənistandan qovulmuş azərbaycanlıların qayıdış hüququna hörmət etməyi tələb edirik", - bəyanatda vurğulanıb.

Tarix
2023.09.29 / 20:16
Müəllif
Axar.az
Digər xəbərlər

Yaxınlarda sülh sazişi ilə bağlı yaxşı xəbər ola bilər - Mirzoyan

Prezident faşizmlə mübarizədə həlak olanların xatirəsini andı

Prezident və xanımı Fəxri xiyabanda... - Foto

Azərbaycan hərbçiləri Qırmızı meydanda - Video

Azərbaycanla danışıqlarda Rusiyaya ehtiyacımız yoxdur

İlham Əliyev Almaniya Kanslerinə məktub göndərdi

Prezident Daniel Noboa Azini təbrik etdi

İlham Əliyev Roma Papası XIV Leonu təbrik etdi

Azərbaycan faktları təqdim etdi, araşdırdıq ki… - Qriqoryan

Niyə yeni Papa amerikalı seçildi? - Çin faktoru…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla