Yuxarı

Millət vəkili Tailandda çağırış etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Millət vəkili Tailandda çağırış etdi

Tailandda səfərdə olan millət vəkili Qənirə Paşayeva bu ölkədə yaşayan müsəlman icmasının rəsmiləri ilə görüşüb.

Axar.az xəbər verir ki, millət vəkili görüş zamanı Tailandda böyük müsəlman toplumunun yaşamasından məmun olduğunu deyib və Azərbaycanla bağlı geniş məlumatlar verib.

Q.Paşayeva həmçinin Ermənistanın işğalçılıq siyasəti ilə bağlı geniş söhbət açıb:

"1 milyon azərbaycanlının Ermənistanın işğalı nəticəsində öz yurd-yuvalarından qaçqın və məcburi köçkün düşüb. Dünyanın harasında yaşamasından asılı olmayaraq bütün müsəlmanlar və etnik kimliyi və dini inancından asılı olamayaraq ədalətin yanında olan insanlar Ermənistanın bu addımlarına laqeyd, seyrçi qalmamalı və buna qarşı öz etiraz səsini ucaltmalı, Xocalı Soyqırımını tanınması, bu dəhşətli cinayəti törədənlərin ədalət qarşısında cavab verməsi, azərbaycanlı qaçqın və məcburi köçkün qadınların öz ev-eşiklərinə dönməsi üçün səylərini artırmalıdırlar".

Tailandda Azərbaycan həqiqətlərinin daha da geniş şəkildə bilinməsinə və daha da geniş dəstəklənməsinə hər zaman böyük ehtiyac olduğu da qeyd edilib.

Qənirə Paşayeva Tailandın müsəlman icması rəsmisi Mayo Suttikanı və icma üzvlərini Azərbaycana dəvət edib.

İcması rəsmisi isə öz növbəsində Azərbaycan arasında əməkdaşlığın daha da inkişafı və Qarabağ həqiqətlərinin təbliğində bundan sonra səylərin artıracaqlarını bildirib.

Görüşün sonunda millət vəkili Tailand müsəlman icması rəhbərliyi və üzvlərinə Azərbaycan tarixi, ədəbiyyatı və mədəniyyəti ilə bağlı materiallar, tanınmış modelyer Gülnarə Xəlilovanın Azərbaycan mədəniyyətini özündə əks etdirən əl işini hədiyyə edib.

Tarix
2016.01.11 / 14:12
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Avstriya prezidentini təbrik etdi

XİN bu ölkəni təbrik etdi

Türkiyə 125 ölkə ilə 350 müqavilə imzaladı - Azərbaycan da var

Günay Ağamalıdan qurultaydakı qalmaqalla bağlı bəyanat

Paşinyan Azərbaycanla sərhəddə

Yevgeni Belousov da Bakını tərk etdi

Fəzail Ağamalı istefa verib, görüntülər var - Elçin Ağamalı

Mehdiyevin Heydərovla bağlı şok əməli üzə çıxdı

Paşinyan bu türk ölkəsinə gedəcəyini təsdiqlədi

Bu, Zəfərin mühüm strateji mərhələsi idi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla