Yuxarı

Bakının cəza əməliyyatı: İsrail təcrübəsi tətbiq edilir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Araik Arutyunyan, Bako Saakyan və Arkadi Qukasyanın qandallanması, ümumilikdə əli qana batan erməni cinayətkarların cəzalandırılması bir neçə aspektdən tarixi əhəmiyyət kəsb edir:

- Bu separatçılardan biri, yaxud hamısı Ermənistana keçə bilsəydi, “mühacir lider” olacaqdılar; erməni separatizminin məhv edilməsindən sonra “başçılarının” Bakıya gətirilməsi qondarma “artsax” ideyasına vurulan zərbə, eləcə də Azərbaycana qarşı separatizm meyillərinin üzləşəcəyi taleyin nümayiş etdirilməsidir;

(Hələ də Xankəndidə qalan Şahramanyanın bəlkə də amnistiya şansı ola bilər, lakin o, məğlub olmuş şəxs kimi qəbul edilməyəcək).

- Bakı Azərbaycan dövlətinə və xalqına qarşı cinayət törədənlərin cəzasız qalmayacağını praktiki olaraq göstərir;

- Əli qana batan erməni cinayətkarlara qarşı barışmaz mövqeyi ilə XXI əsrdə İsrail təcrübəsini təkrarlayır: yəhudi soyqırımına görə nasistlər sona qədər təqib edildi, cəzalandırıldı, bu gün rəsmi Bakı azərbaycanlılara qarşı soyqırım törədən şəxsləri bir-bir cəzalandırır.

Bütün bu olanlardan sonra bir gün Robert Köçəryan və Serj Sərkisyan üçün “Eyxman əməliyyatı”nın keçirilə biləcəyinə şübhə ilə yanaşmamalıyıq. Hazırda baş verənlər Vətən müharibəsinin komponentlərindən olan "cəza əməliyyatı"nın davamıdır.

Tarix
2023.10.04 / 08:00
Müəllif
Asif Nərimanlı
Digər xəbərlər

Prezident və xanımı Fəxri xiyabanda... - Foto

Azərbaycan hərbçiləri Qırmızı meydanda - Video

Azərbaycanla danışıqlarda Rusiyaya ehtiyacımız yoxdur

İlham Əliyev Almaniya Kanslerinə məktub göndərdi

Prezident Daniel Noboa Azini təbrik etdi

İlham Əliyev Roma Papası XIV Leonu təbrik etdi

Azərbaycan faktları təqdim etdi, araşdırdıq ki… - Qriqoryan

Niyə yeni Papa amerikalı seçildi? - Çin faktoru…

Ermənistan və Azərbaycan arasında müharibə... - Paşinyan

Pakistanın İsrailə zərbəsi o qədər güclü olacaq ki... – Arkov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla