Yuxarı

Anti-böhran tədbirləri güclənir, panikalar... – Zahid Oruc

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hökumət tərəfindən həyata keçirilən anti-böhran tədbirləri sürətli və təsirli xarakter aldıqca manatın kursunu sabitləşdirmək, iqtisadi fəallığı, ticari mühitdəki gözləmə mövqeyini və müxtəlif qüvvələrin yaratdığı panikaları tamamilə aradan qaldırmaq mümkün olacaq.

Bu barədə Axar.az-a millət vəkili Zahid Oruc açıqlamasında deyib. Deputat hesab edir ki, unun istehsalı və çörəyin satışından əlavə dəyər vergisinin götürülməsi devalvasiyanın fəsadlarını yüngünləşdirmək baxımından ən mühüm sosial tədbirdir:

"Ölkə başçısı insanları çörəklə imtahana çəkmək istəyənlərin qarşısını bir qərarla kəsmiş oldu. Şübhəsiz, Azərbaycanda tarix boyu taxıl və ondan hazırlanan məhsullar həmişə yüksək bir əmək və təsərrüfat mədəniyyəti ilə əkilib, becərilib. Sovet keçmişinin şanlı səhifələri içərisində aqrar sferada görülən işlərdən biri də yararlı buğda növlərinin yetişdirilməsini elmi əsaslara uyğun olaraq aparmaq idi. Mərhum liderin xalqımıza xidmətinin ən böyük salnaməsini məhz bu səhifələr təşkil edir. Milli yaddaşımızda qərarlaşan bir fikir var: Heydər Əliyevin zamanında çörək bol olub.

Ona görə hazırda hökumət tərəfindən həyata keçirilən anti-böhran tədbirləri sürətli və təsirli xarakter aldıqca manatın kursunu sabitləşdirmək, iqtisadi fəallığı, ticari mühitdəki gözləmə mövqeyini və müxtəlif qüvvələrin yaratdığı panikaları tamamilə aradan qaldırmaq mümkün olacaq. Çünki hamı müstəqil dövlətin qiymətini yaxşı bilir".

Qeyd edək ki, Azərbaycan Prezidentinin tapşırığına əsasən, buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı yanvarın 15-dən əlavə dəyər vergisindən (ƏDV) azad olunub.

Tarix
2016.01.15 / 11:27
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Nazirlərin görüşü: Biz vasitəçi deyilik - Astana

Şotlandiyanın birinci naziri istefa verdi

Bakının hədəfi var: 300 min azərbaycanlı gəlir - Tatoyan

Ermənistan 29,7 min kv.km istəyir? Onda bədəl ödəsin!

İlham Əliyev Datuk Mutanq Taqalı qəbul etdi

Ceyhun Bayramov Qətərə yola düşdü

Bakı Başkəndi vermədən 4 kəndi necə azad edə bilər?

Prezident Yan Vanmini qəbul etdi

Paşinyan Putinə yardım edir - Avropa mediası

Ermənilərin türklərə qarşı soyqırımı... – Yeni xəritə

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla