Yuxarı

Ergenekon işinin başlanma səbəbiylə bağlı - Şok fakt

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ergenekon işinin başlanma səbəbiylə bağlı  - Şok fakt

"Ərdoğan sui-qəsddən qorxduğu üçün Ergenokon işini ortaya atdı".

"Axar.az" xəbər verir ki, bu sözlər yazar Ayşənur Arslanın bu günkü köşəsində yer alıb.

Yazar Milli İstihabarat İdarəsinin keçmiş rəhbəri Əmrə Tanərin Ergenekon haqqında dediyi, amma heç bir yerdə yayımlanmayan sözlərini çap etdirib:

"Mən Əmrə Tanərdən üzr istəyirəm. Ancaq bunları yazmasam, günahkar olaram. O vaxt Əmrə Tanərdən müsahibə alarkən özü mənə Ergenekonun heç bir şey olmadığını demişdi: "Ergenokon dövlət içində dövlət anlayışı deyil. Bu, sadəcə, zamanında məmləkət üçün bəzi çirkli işlər görüb, müəyyən cinayətlər etmiş adamlardan ibarət bir qrupdur. İndi də həmin işlərini davam etdirməyə çalışırlar. Bu dəqiqə hesablasan, içlərində yalnız 10 adam qalıb"".

O, Baş nazirin daha öncə bununla bağlı xəbərdar edildiyini bildirib:

"Əmrə Tanər mənə Baş nazirin xəbərdar edildiyini və heç bir təhlükənin olmadığını demişdi: "Biz desək də, sonradan kimsə Baş naziri inandırmışdı ki, Silahlı Qüvvələrin içində bir qrup var. Sonra da ona sui-qəsd olacağı deyilmişdi və gözünü qorxutmuşdular".

A.Arslan yazısının sonunda Ərdoğana bu sözləri deyən şəxslərin "camaat"dan (fətullahçılar) olmasını iddia edir.

Qeyd edək ki, Ergenokon işi 2006-ci ildən başlayaraq Türkiyənin gündəmini qarışdırıb. Bu skandal nəticəsində xeyli sayda yüksək rütbəli zabit, məmur, jurnalist həbs edilib.

Tarix
2014.02.02 / 17:38
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Hacıyev "AnewZ"un Şəki barədə hazırladığı filmi paylaşdı - Video

Səfirliyimizə terror hücumundan üç il ötür

AzTV sədri Vəli Əkbəri işdən çıxartdı - Səbəb

İlham Əliyev uzaqgörən liderdir - İsrail XİN başçısı

İran federallaşmalıdır, yoxsa parçalanmalı?

Saar Bakıda Türkiyədən danışdı: Təssüf ki, münasibətlər...

İrana hücum mütləq olacaq - Millət vəkili

Tramp Bakıya getməli və Əliyevlə... - Dorandan mühüm

Tezliklə Bakıya rəsmi dəvət göndəriləcək - Matevosyan

İrana gedən azərbaycanlıların sayında artım - Müəmma

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla