Yuxarı

İran güclənir: Müharibə daha aktiv fazaya keçəcək

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İran güclənir: Müharibə daha aktiv fazaya keçəcək

Qərblə münasibətlərdəki müəyyən irəliləyişlər Tehranın Suriya siyasətini dəyişməyəcək.

Bu sözləri Axar.az-a açıqlamasında Yaxın Şərq üzrə ekspert Vüqar Zifəroğlu deyib. Analitikin fikrincə, əksinə, Qərblə iqtisadi əlaqələr İranın güclənməsinə səbəb olacaq və bu, Suriya siyasətində daha qabarıq görünəcək:

"Suriyada proseslər hazırkı axarında davam edəcək. Düşünmürəm ki, sanksiyaların ləğvi və ya Qərblə münasibətlərdə müəyyən irəliləyişlər rəsmi Tehranın Suriya siyasətini yumşaltmasına səbəb olsun. İstər Əsəd, istərsə də Suriyanın özü İran üçün prinsipialdır və milli məsələ səviyyəsində qəbul edilir. Əksinə, deyə bilərik ki, İran iqtisadi mövqelərini gücləndirməklə Yaxın Şərqdə baş verən proseslərdə daha aktiv rol almağa can atacaq. Bu isə yeni və daha açıq müstəvidə cərəyan edəcək münaqişələrin meydana çıxmasına səbəb olacaq".

İranın əldə etdiyi uğurların Rusiya tərəfindən qısqanclıqla qarşılanmadığını deyən ekspert iqtisadi sövdələşmənin siyasi maraqlara qurban getməyəcəyi qənaətindədir:

"Sadəcə, İran neft və qaz ixracatçısı olaraq zatən Rusiyanın bazarına girəcək ki, bunun özü artıq onsuz da iqtisadi durumu olduqca ağır olan şimal qonşumuzu daha çətin vəziyyətə salacaq. Qərb onsuz da İrana yanacağın alternativ mənbəyi kimi baxır. Lakin bunun geo-siyasi nöqteyi-nəzərdən Rusiya və İran arasında ciddi fikir ayrılıqlarına təkan verəcəyinə inanmıram. İran-Rusiya tandemi Yaxın Şərqdə bir çox məqamlarda maraqların üst-üstə düşməsi ilə yaranmış təbii birlikdir. Digər tərəfdən, həm İran, həm də Rusiya öz iqtisadi maraqlarını geosiyasi hədəflərinə qurban verməyi bacaran ölkələrdir. O başqa məsələdir ki, Rusiyanın bir dövlət olaraq mövcud siyasi ambisiyaları ilə iqtisadi imkanları tərs-mütənasibdir".

Tarix
2016.01.20 / 00:09
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

Rusiya qadağası Azərbaycana necə təsir edəcək?

Prezident onları qəbul etdi - Foto

Rusiya Ermənistana görə Azərbaycana təşəkkür etdi

Putin Kremldə açıq dedi - Ermənistanda “duel” başladı

Paşinyan Rusiya və Qərb arasında “manevr” etməyə çalışır...

Bayağı verilişlər bağlandı, efir təmizlənir: İndi nə olacaq?

Cövdət Yılmaz Azərbaycana gəldi

Elxan Mikayılov işdən çıxarıldı

Putin bunu istədi, Paşinyan açıq şəkildə rədd etdi

Azərbaycanda bu şəxslərin maaşı 35 faiz artacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla