Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
25 İyun 2018


Tiflisin qaz oyununun arxasında nə dayanır – Şərh

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tiflisin qaz oyununun arxasında dayanan və "Qazprom"da payçı olan İvanişvili öz səhmlərinin dəyərini Gürcüstan xalqının canından çıxartmağa çalışır.

Bu barədə politoloq Qabil Hüseynli Axar.az-a açıqlamasında deyib. Sabiq dövlət müşaviri Bakı qazının perspektivini görən Rusiya və İranın əl-ayağa düşdüyünü deyib:

"Qazprom"un ötürdüyü qazın Azərbaycan qazına nisbətən ucuz olacağı boş söhbətdir. Üstəlik, keçmiş futbolçu Kaladze İvanişvilinin tapşırıqlarını yerinə yetirən adi bir oyunçudur. Rusiya və İranın əsas məqsədi Azərbaycanın qaz layihələrinə əngəllər yaratmaqdır. Hədəf TAP, TANAP, Türkmənistan və Şahdəniz-2 qaz kəməri layihələridir. Təkcə Şahdəniz-2 işə düşdükdən sonra Azərbaycanın qaz istehsalı 30 milyard kub metrdən artıq olacaq ki, bu da Avropa bazarının yarısını ödəyə bilər. Bakı qazının perspektivini görən Rusiya və İran indi yaman əl-ayağa düşüb. Bu gün Gürcüstan büdcəsinin 40 faizi Bakı-Ceyhan, Bakı-Supsa neft və Bakı-Ərzurum qaz kəməri layihəsindən gələn vəsaitlər hesabına doldurulur. Azərbaycanın Gürcüstanın bütün tələbatını ödəyə biləcək qədər qaz imkanına malik olmaması iddiaları özünü doğrultmadıqdan sonra indi də başqa bir varianta əl atıblar ki, guya Tiflis qaz kəmərlərini şaxələndirmək istəyir. İranın Ermənistan üzərindən Gürcüstana qaz ötürmək layihəsi perspektivli olmayacaq".

Politoloq hesab edir ki, Bakının da Tiflisə təsir etmək üçün kifayət qədər rıçaqları var:

"İranın Cənubi Qafqazda gedən ciddi iqtisadi rəqabətə girişməsi mümkünsüzdür. Düzdür, Ermənistan İrandan ucuz qaz ala bilər. Ancaq İran qazının Avropaya bu yolla nəqli mümkünsüz, eyni zamanda, Rusiya və Azərbaycanın maraqlarına zərbə endirmək deməkdir. Gürcüstanda yerli əhali etirazlarda açıq şəkildə bildirir ki, Rusiya qazının Gürcüstana gəlməsi bu ölkənin işğalının başa çatdırılması deməkdir ki, bu da gürcü xalqının Avropa Birliyinə inteqrasiya arzularına son qoya bilər. Bir sözlə, vəziyyət çox qarışıqdır və hazırda Gürcüstan ikiyə bölünüb. Hər halda, Bakının da Tiflisə təsir etmək üçün kifayət qədər rıçaqları var. Çünki rəqabətə baxmayaraq, Gürcüstanın artıq formalaşmış enerji layihələri var ki, bunlar birbaşa Azərbaycanla bağlıdır".

Qeyd edək ki, Gürcüstan Rusiyadan qaz alınması üçün "Qazprom"la danışıqlara başlayıb. Rusiya ilə bərabər Tiflis İranla da qaz alışı barədə danışıqlar aparır.

Tarix
2016.01.22 / 11:22
Müəllif
Aygün Yusibova
Şərhlər
Загрузка...
Digər xəbərlər

Hörmət edək, bunu siyasi oyuna çevirməyək - Millət vəkili

Ordumuzun 100 illiyi ilə bağlı yeni poçt markası - Foto

Anlamalısınız ki, Azərbaycanda... - AŞPA-da müzakirə

Ordumuz Ağdərə, Füzuli, Cəbrayıl istiqamətlərində... - Nazir

İlham Əliyev Cibutiyə məktub göndərdi

Türkiyənin prezidenti məlum oldu: son nəticə... - Video

Ərdoğan qalib gəlməsəydi, Türkiyəni… - Deputat

Bağçada üzünə “dağ basılan” uşağın anası: Yalandır...

Türkiyədəki seçkilərdə kim qazandı, kim uduzdu?

Hazırkı nəticələrlə partiyaların neçə millət vəkili var? - Siyahı

KULT
<>
Xəbər xətti
 

Səsvermə sona çatdı, nəticələr hesablanır

Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla