Ana səhifə Gündəm |
ABŞ vitse-prezidenti Co Bayden Türkiyədə baş verənləri görmək istəmir.
Axar.az xəbər verir ki, bunu Türkiyə Baş naziri Əhməd Davudoğlu Almaniya səfərindən qayıdan zaman təyyarədə jurnalistlərə deyib.
O, Baydenin İstanbulda millət vəkilləri ilə görüş zamanı Türkiyənin cənub-şərqində aparılan anti-terror əməliyyatları barədə sözlərinə cavab verib:
"Bayden Türkiyədə baş verənləri görmək istəmir. ABŞ rəsmisinin şəhid olan türk hərbçilərin və polislərin yaxınları ilə də görüşməsini gözləyirik".
O, Baydenin "PKK ilə PYD ayrıdır", - sözlərinə də cavab verib:
"Vaşinqtondan elə görünə bilər, lakin bu, Türkiyədən başqa cür görünür".
Qeyd edək ki, Bayden ötən gün İstanbulda bir qrup millət vəkili ilə kürd problemini müzakirə edib. O, ölkənin cənub-şərqində aparılan anti-terror əməliyyatları zamanı mülki insanların ölməsinin qəbuledilməz olduğunu bildirib. Bayden PYD-nin İŞİD-lə mübarizə apardığını və ABŞ üçün PKK ilə bir olmadığını bildirib.
Rəsmi Ankara PYD-ni PKK-nın Suriya qanadı hesab edir.
Tarix
2016.01.23 / 16:00
|
Müəllif
İlham Sahiloğlu
|