Yuxarı

Azərbaycanlıların təhlükəsizliyini təmin edəcəkdik - İrəvan

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Azərbaycan nümayəndə heyətinin İrəvanda keçirilən ATƏT PA-nın iclasında iştirakdan imtinasına münasibət bildirib.

Axar.az xəbər verir ki, Ermənistan parlamentinin Xarici əlaqələr komissiyasının sədri Sərkis Xandanyan Azərbaycan nümayəndə heyətinin təhlükəsizliyini təmin etməyə hazır olduqlarını bildirib.

“Azərbaycan nümayəndə heyətinin gəlməməsinə gəlincə, onlar Ermənistanda təhlükəsizliklə bağlı müxtəlif formatlarda bir neçə dəfə məsələ qaldırıblar. Ermənistan parlamenti ATƏT PA və Assambleyanın sədrinə cavab verib və bildirib ki, deputatların təhlükəsizliyini təmin etməyə hazırdır, lakin gördüyünüz kimi, onlar orada deyillər”, - deyə o bildirib..

O iddia edib ki, təhlükəsizlik protokolları var və biz bunu etməyə hazır idik:

“Amma Azərbaycan nümayəndə heyəti gəlmədi. Qərar vermək onların ixtiyarındadır”.

Qeyd edək ki, bu gün İrəvanda ATƏT Parlament Assambleyasının payız sessiyası başlayıb. 20 noyabra qədər davam edəcək iclasda Türkiyə, Azərbaycan və Rusiya nümayəndə heyətləri iştirak etmir.

O ki qaldı Ermənistanın Azərbaycan nümayəndə heyətinin təhlükəsizliyini təmin etməsinə, bunu ağırlıqqaldırma üzrə İrəvanda keçirilən Avropa çempionatında müşahidə etmişdik. Təhlükəsizliyi təmin etməli olan tədbir təşkilatçısı özü səhnədən bayrağımızı alaraq yandırmışdı.

Tarix
2023.11.18 / 19:43
Müəllif
Axar.az
Digər xəbərlər

Yaxınlarda sülh sazişi ilə bağlı yaxşı xəbər ola bilər - Mirzoyan

Prezident faşizmlə mübarizədə həlak olanların xatirəsini andı

Prezident və xanımı Fəxri xiyabanda... - Foto

Azərbaycan hərbçiləri Qırmızı meydanda - Video

Azərbaycanla danışıqlarda Rusiyaya ehtiyacımız yoxdur

İlham Əliyev Almaniya Kanslerinə məktub göndərdi

Prezident Daniel Noboa Azini təbrik etdi

İlham Əliyev Roma Papası XIV Leonu təbrik etdi

Azərbaycan faktları təqdim etdi, araşdırdıq ki… - Qriqoryan

Niyə yeni Papa amerikalı seçildi? - Çin faktoru…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla