18:58
Prezident İlham Əliyev V.İ.Sadıqovun Azərbaycan
Respublikasının BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər
beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi təyin edilməsi
haqqında sərəncam imzalayıb.
Axar.az xəbər verir ki, bu barədə Prezidentin rəsmi saytı
məlumat yayıb.
Sərəncamda qeyd edilir: "Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq
qərara alıram:
Vaqif İsmayıl oğlu Sadıqov Azərbaycan Respublikasının BMT-nin
Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar
yanında daimi nümayəndəsi təyin edilsin".
***
İlham Əliyev E.H.Zeynalovun Azərbaycan Respublikasının
Latviya Respublikasında fövqəladə və səlahiyyətli səfiri
vəzifəsindən geri çağırılması haqqında sərəncam
imzalayıb.
Sərəncamda deyilir: "Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:
Elman Hidayət oğlu Zeynalov Azərbaycan Respublikasının Latviya
Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri
çağırılsın".
19:21
İlham Əliyev İ.Y.Muxtarovun Azərbaycan Respublikasının
Meksika Birləşmiş Ştatlarında və eyni zamanda Kosta Rika
Respublikasında, Qvatemala Respublikasında, Kolumbiya
Respublikasında, Panama Respublikasında, Peru Respublikasında və
Honduras Respublikasında fövqəladə və səlahiyyətli səfiri
vəzifəsindən geri çağırılması haqqında sərəncam
imzalayıb.
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin
15-ci bəndini rəhbər tutaraq qərara alıram:
İlqar Yusif oğlu Muxtarov Azərbaycan Respublikasının Meksika
Birləşmiş Ştatlarında və eyni zamanda Kosta Rika Respublikasında,
Qvatemala Respublikasında, Kolumbiya Respublikasında, Panama
Respublikasında, Peru Respublikasında və Honduras Respublikasında
fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılsın", -
sərəncamda qeyd edilir.
***
İlham Əliyev E.C.Qəhrəmanovun Azərbaycan Respublikasının
Küveyt Dövlətində fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi
haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir: "Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:
Elxan Cahangir oğlu Qəhrəmanov Azərbaycan Respublikasının Küveyt
Dövlətində fövqəladə və səlahiyyətli səfiri təyin edilsin".
***
İlham Əliyev T.A.Rzayevin Azərbaycan Respublikasının
Misir Ərəb Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin
edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda vurğulanır: "Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq
qərara alıram:
Tural Anar oğlu Rzayev Azərbaycan Respublikasının Misir Ərəb
Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin
edilsin".
21:14
İlham Əliyev "Gömrük tarifi haqqında" Azərbaycan
Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan
Respublikasının 2015-ci il 18 dekabr tarixli 54-VQD nömrəli
Qanununun tətbiqi haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd edilir: "Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq,
"Gömrük tarifi haqqında" Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2015-ci il
18 dekabr tarixli 54-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə
əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara
alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan
Respublikası Prezidentinin aktlarının "Gömrük tarifi haqqında"
Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə"
Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı
təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının
Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ
hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində
təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi
aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və
bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının
Prezidentinə məlumat versin;
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra
hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ
xarakterli aktların "Gömrük tarifi haqqında" Azərbaycan
Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan
Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə məlumat versin".
***
İlham Əliyev "Yerin təki haqqında" Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan
Respublikasının 2015-ci il 18 dekabr tarixli 55-VQD nömrəli
Qanununun tətbiqi haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir: "Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, "Yerin təki
haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər
edilməsi barədə" Azərbaycan Respublikasının 2015-ci il 18 dekabr
tarixli 55-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin
Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan
Respublikası Prezidentinin aktlarının "Yerin təki haqqında"
Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə"
Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı
təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının
Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ
hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində
təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi
aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və
bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının
Prezidentinə məlumat versin;
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra
hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ
xarakterli aktların "Yerin təki haqqında" Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan
Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə məlumat versin".
***
İlham Əliyev "Bələdiyyələrin su təsərrüfatı haqqında"
Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə"
Azərbaycan Respublikasının 2015-ci il 18 dekabr tarixli 56 VQD
nömrəli Qanununun tətbiqi haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd edilir: "Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq,
"Bələdiyyələrin su təsərrüfatı haqqında" Azərbaycan Respublikasının
Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının
2015-ci il 18 dekabr tarixli 56 VQD nömrəli Qanununun qüvvəyə
minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi
ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan
Respublikası Prezidentinin aktlarının "Bələdiyyələrin su
təsərrüfatı haqqında" Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının Qanununa
uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində
hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim
etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ
hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində
təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi
aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və
bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının
Prezidentinə məlumat versin;
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra
hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ
xarakterli aktların "Bələdiyyələrin su təsərrüfatı haqqında"
Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə"
Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin".
22:05
İlham Əliyev "Azərbaycan Respublikasının "Şah İsmayıl"
ordeninin statusunun və təsvirinin təsdiq edilməsi haqqında"
Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə"
Azərbaycan Respublikasının 2015-ci il 18 dekabr tarixli 64-VQD
nömrəli Qanununun tətbiqi haqqında sərəncam imzalayıb.
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin
19-cu bəndini rəhbər tutaraq, "Azərbaycan Respublikasının "Şah
İsmayıl" ordeninin statutunun və təsvirinin təsdiq edilməsi
haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər
edilməsi barədə" Azərbaycan Respublikasının 2015-ci il 18 dekabr
tarixli 64-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin
Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan
Respublikası Prezidentinin aktlarının "Azərbaycan Respublikasının
"Şah İsmayıl" ordeninin statutunun və təsvirinin təsdiq edilməsi
haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər
edilməsi barədə" Azərbaycan Respublikasının Qanununa
uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində
hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim
etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ
hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində
təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi
aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və
bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının
Prezidentinə məlumat versin;
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra
hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ
xarakterli aktların "Azərbaycan Respublikasının "Şah İsmayıl"
ordeninin statutunun və təsvirinin təsdiq edilməsi haqqında"
Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə"
Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin", -
sərəncamda qeyd edilir.
***
İlham Əliyev "Azərbaycanın Milli Qəhrəmanının xüsusi
fərqlənmə nişanını təsis etmək haqqında" Azərbaycan Respublikasının
Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının
2015-ci il 18 dekabr tarixli 65-VQD nömrəli Qanununun tətbiqi
haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, "Azərbaycanın Milli
Qəhrəmanının xüsusi fərqlənmə nişanını təsis etmək haqqında"
Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə"
Azərbaycan Respublikasının 2015-ci il 18 dekabr tarixli 65-VQD
nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun
tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan
Respublikası Prezidentinin aktlarının "Azərbaycanın Milli
Qəhrəmanının xüsusi fərqlənmə nişanını təsis etmək haqqında"
Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə"
Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı
təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının
Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ
hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində
təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi
aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və
bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının
Prezidentinə məlumat versin;
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra
hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ
xarakterli aktların "Azərbaycanın Milli Qəhrəmanının xüsusi
fərqlənmə nişanını təsis etmək haqqında" Azərbaycan Respublikasının
Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının
Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının
Nazirlər Kabinetinə məlumat versin.
***
İlham Əliyev "Azərbaycan Respublikasının İnzibati
Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan
Respublikasının 2015-ci il 29 dekabr tarixli 90-VQD nömrəli
Qanununun tətbiqi barədə sərəncam imzalayıb.
Sərəncamda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, "Azərbaycan
Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi
haqqında" Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli
90-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun
tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan
Respublikası Prezidentinin aktlarının "Azərbaycan Respublikasının
İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında"
Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı
təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının
Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ
hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində
təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi
aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və
bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının
Prezidentinə məlumat versin;
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra
hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ
xarakterli aktların "Azərbaycan Respublikasının İnzibati Xətalar
Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan
Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
***
İlham Əliyev "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat
haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər
edilməsi barədə" Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr
tarixli 89-VQD nömrəli Qanununun tətbiqi haqqında sərəncam
imzalayıb.
Sərəncamda qeyd edilir: Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq,
"Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan
Respublikasının 2015-ci il 29 dekabr tarixli 89-VQD nömrəli
Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini
təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan
Respublikası Prezidentinin aktlarının "Yaşayış yeri və olduğu yer
üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikasının Qanununda
dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının Qanununa
uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində
hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim
etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ
hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində
təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi
aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və
bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının
Prezidentinə məlumat versin;
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra
hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ
xarakterli aktların "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat
haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər
edilməsi barədə" Azərbaycan Respublikasının Qanununa
uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər
Kabinetinə məlumat versin.
***
Prezident İlham Əliyevin imzaladığı fərmanlar aşağıdakı
kimidir:
Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel
tarixli 391 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan
Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə"də dəyişiklik
edilməsi barədə;
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara
Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə İtaliya
Respublikası Baş Nazirinin Ofisi yanında Dövlət İdarəçiliyi üzrə
Departament arasında dövlət xidmətlərinin göstərilməsi sahəsində
əməkdaşlıq haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi
barədə;
Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu ilə
Belarus Respublikasının Əmək və Sosial Müdafiə Nazirliyi arasında
məcburi dövlət sosial sığortası sahəsində əməkdaşlıq haqqında
Protokolun təsdiq edilməsi barədə;
GUAM üzvü olan dövlətlərin dövlət sərhədlərindən keçirilən
mallar və nəqliyyat vasitələri haqqında ilkin məlumat mübadiləsinin
təşkili barədə GUAM üzvü olan dövlətlərin gömrük qurumları arasında
Protokolun təsdiq edilməsi haqqında;
22:39
"Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsində
dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2015-ci
il 18 dekabr tarixli 40-VQD nömrəli Qanununun tətbiqi barədə;
23:14
"Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2015-ci il
29 dekabr tarixli 94-VQD nömrəli Qanununun tətbiqi və "Təhsil
haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə"
Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli
156 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında;
"Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində
dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2015-ci il
29 dekabr tarixli 92-VQD nömrəli Qanununun tətbiqi barədə;