Yuxarı

“Prezidentin çıxışı bu qurumlara ciddi çağırışdır”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Prezidentin çıxışı bu qurumlara ciddi çağırışdır”

Dövlət başçısının ixtisarların yolverilməzliyi barədə səsləndirdiyi fikirlər dövlət qurumları və özəl şirkətlər üçün çox ciddi bir çağırışdır.

Bu barədə millət vəkili Aydın Mirzəzadə Axar.az-a açıqlamasında deyib. Deputat Prezident İlham Əliyevin regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransdakı nitqini şərh edib:

"Ölkə rəhbəri dünənki müşavirədə çox aktual məsələlərə toxunub. Birincisi, regionların sosial iqtisadi inkişafı, ikincisi, dünyada gedən iqtisadi böhran fonunda Azərbaycan iqtisadiyyatı və əhalisinin sosial vəziyyətinin qorunması. Manatın məcburi devalvasiyası və bundan sonra müəyyən qiymət artımı bu gün cəmiyyətdə ən ağrılı məsələlərdən biri hesab edilir. Hökumət bununla bağlı müəyyən tədbirlər görür, cəmiyyət vaxtaşırı məlumatlandırılır. Əmək haqqı və pensiyaların artırılması, yerli istehsalda qiymət artımına qarşı, eyni zamanda, əhalinin sosial durumunun pisləşməməsi üçün ciddi tədbirlərin görülməsi məhz bu qəbildəndir. Dövlət başçısının ixtisarların yolverilməzliyi barədə səsləndirdiyi fikirlər dövlət qurumları və özəl şirkətlər üçün çox ciddi çağırışdır. Prezidentin 2015-2016-cı ilin inqilabi islahatlar ili olacağına dair çıxışları artıq konkret əməllərə söykənir. Paralel dövlət qurumlarının ləğv edilməsi, qənaət rejiminə keçid, sahibkarlığın inkişafına göstərilən dəstək bunun bariz nümunəsidir. Hesab edirəm ki, ümumilikdə dünənki konfrans da məhz Azərbaycanda iqtisadi artımın baş verməsinə yönəlib, bu da iqtisadi böhranın dərinləşməməsi üçün çox böyük bir başlanğıc olacaq".

Tarix
2016.01.28 / 09:41
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Bayramov İordaniyanın baş nazirinin müavini ilə görüşdü

TDT XİN Şurasının qeyri-rəsmi iclası keçirildi

Azərbaycanla münasibətimiz çox yaxşıdır - Xətibzadə

Bayramov pakistanlı həmkarı ilə müzakirə apardı

Ceyhun Bayramov yəmənli həmkarı ilə görüşdü

Hikmət Hacıyev Andrea Corao Faria ilə görüşdü - Foto

Prezidentin Türkiyə səfəri ilə bağlı yeni paylaşım - Video

Bayramov Antalyada portuqaliyalı həmkarı ilə görüşdü - Foto

XİN-dən AB-Azərbaycan görüşü barədə açıqlama

İran “geri çəkilmədi”, amma tələbi yerinə yetirdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla