11:59
Azərbaycan Respublikası
Prezidenti İlham Əliyev "Azərbaycan Respublikasının dövlət sərhədi
haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi
barədə" Azərbaycan Respublikasının 2015-ci il 18 dekabr tarixli
52-VQD nömrəli Qanununun tətbiqi haqqında sərəncam
imzalayıb.
Axar.az xəbər verir ki, sərəncama əsasən, Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə Azərbaycan Respublikası
qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının
"Azərbaycan Respublikasının dövlət sərhədi haqqında" Azərbaycan
Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan
Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini
üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə
təqdim etmək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ
hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində
təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək,
mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının
həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası
barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə
məlumat vermək və həmin qanundan irəli gələn digər məsələləri həll
etmək tapşırılıb.
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə mərkəzi icra
hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ
xarakterli aktların "Azərbaycan Respublikasının dövlət sərhədi
haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi
barədə" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını
təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat
vermək tapşırılıb.
***
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev "Xidməti və
mülki silah haqqında" Azərbaycan Respublikasının Qanununda
dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2015-ci
il 18 dekabr tarixli 53-VQD nömrəli Qanununun tətbiqi haqqında
sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə
Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası
Prezidentinin aktlarının "Xidməti və mülki silah haqqında"
Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə"
Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı
təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının
Prezidentinə təqdim etmək, Azərbaycan Respublikası Nazirlər
Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna
uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan
Respublikasının Prezidentinə məlumat vermək, mərkəzi icra
hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna
uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə beş
ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat
vermək, və həmin qanundan irəli gələn digər məsələləri həll etmək
tapşırılıb.
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə mərkəzi icra
hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ
xarakterli aktların "Xidməti və mülki silah haqqında" Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan
Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə məlumat vermək tapşırılıb.
***
Azərbaycan Respublikası
Prezidenti İlham Əliyev "Azərbaycan Respublikasının İnzibati
Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan
Respublikasının 2015-ci il 18 dekabr tarixli 41-VQD nömrəli
Qanununun tətbiqi barədə fərman imzalayıb.
Fərmana əsasən, Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə Azərbaycan Respublikası
qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının
"Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində
dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının
Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində
hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək,
Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi
aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin
edib Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək,
mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının
həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası
barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə
məlumat vermək və həmin qanundan irəli gələn digər məsələləri həll
etmək tapşırılıb.
Azərbaycan Respublikasının Ədliyyə
Nazirliyinə də mərkəzi icra hakimiyyəti orqanlarının normativ
hüquqi aktlarının və normativ xarakterli aktların "Azərbaycan
Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər
edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa
uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər
Kabinetinə məlumat vermək tapşırılıb.
Müəyyən edilib ki, Azərbaycan
Respublikasının İnzibati Xətalar Məcəlləsinin 145-1-ci--145-3-cü
maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə
Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası baxır.
18:13
Prezident İlham Əliyev Azərbaycan Respublikasının
mədəniyyət xadimlərinə "Əməkdar mədəniyyət işçisi" fəxri adının
verilməsi haqqında sərəncam imzalayıb.
Axar.az xəbər verir ki, bu barədə Prezidentin rəsmi saytı
məlumat yayıb.
Sərəncamda qeyd edilir: Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq
qərara alıram:
Azərbaycan mədəniyyətinin inkişafında xidmətləri olan aşağıdakı
şəxslərə "Əməkdar mədəniyyət işçisi" fəxri adı verilsin:
Həsənova Sima Əkbər qızı
Hüseynli Yaşar Şamil oğlu
Kərimova Lalə Sabir qızı.