Yuxarı

Avropa bu gün ağlamalı vəziyyətdədir - "Teleqraf"

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Avropa bu gün ağlamalı vəziyyətdədir - "Teleqraf"

Avropanın sonu yaxınlaşır. Qitə üzləşdiyi iqtisadi, hərbi və demoqrafiq böhranlardan çıxa bilmir. Köhnə qitənin məhvinə yas tutmağın vaxtıdır. Siyasi elita Avropanı dağılmaq ərəfəsinə gətirib çıxarıb. Köhnə Avropa bu gün ağlamalı vəziyyətə düşüb. Yığılan problemlər o qədər böyükdür ki, onların həlli mümkün görünmür.

Axar.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın “Teleqraf” qəzetində dərc olunan məqalədə bildirilib.

Məqalənin müəllifi Allister Hötün fikrincə, Avropanın çürüməsi prosesi o qədər dərinə gedib ki, artıq onu geri qaytarmaq mümkün deyil. Vaxtılə Avropa inkişaf edən varlı qitə idi. Lakin indi Avropanın sonu çatıb və bunu avropalılardan başqa bütün dünya başa düşür. İqtisadi gərginlik, geosiyasi qeyri-müəyyənlik, miqrasiya böhranı, inteqrasiya proseslərinin yarımçıq qalması və demokratiya qıtlığı metastaz verməyə başlayıb. Problemlər o qədər dərinləşib ki, Avropanın siyasi elitasının eqoist və demaqoq siyasətçiləri onları həll etmək iqtidarında deyillər.

Müəllif nəzərə çatdırır ki, Almaniya, Fransa və Niderland sosial partlayışın astanasında dayanıb. Fermerlərin səbr kasası daşıb və onlar etirazlarını sərt formada bildirirlər. Amerika və Avropa arasında davam edən 248 illik qarşıdurmadan Amerika qalib çıxdı. Lakin bu gün ABŞ-da da iqtisadi böhran və əhalinin sosial vəziyyətinin pisləşməsi müşahidə olunur. Kapitalizm, ali dəyərlər, qanunun aliliyi, şəxsiyyət azadlığı kimi dəyərləri əldə rəhbər tutan Avropa nihilizmə, anti-liberalizmə, yoxsulluğa yuvarlanır. Avropa dövlətləri islahatlar keçirib cəmiyyətin rifahının yüksəlməsinə nail ola bilmədilər.

Məqalədə bildirilir ki, Avropa Statistika Komitəsinin məlumatına əsasən, qitə əhalisi miqrasiyaya baxmayaraq, azalır. Qitə əhalisinin sayı 2100–cü ildə 419,5 milyona düşəcək. Avropada sosial vəziyyətin ağır olması dünyaya uşaq gətirmək istəyən ailələrin sayını kəskin azaldıb ki, bu da əhalinin qocalmasına səbəb olub. Fransa, Almaniya və Belçika miqrantları qəbul etsələr də, onların işlə təmin olunmasına, təhsil almalarına diqqət ayırmır. Bu da gələcəkdə kriminal və digər neqativ halların artması üçün əsas yaradır.

Həmçinin vurğulanır ki, 2023-cü ildə ABŞ-da ümumi daxili məhsul 3,3 faiz artsa da, Avropada iqtisadi artım sıfır səviyyəsində olub. Vergilərin artması və dövlətin özəl sahələrə həddən artıq müdaxiləsi Avropanın istehsal qabiliyyətini xeyli azaldıb. Ekologiyanın qorunması adı altında istehsal müəssisələrinə və kənd təsərrüfatına qadağalar tətbiq olunur. Bu da populist siyasətçilərin öz məqsədlərinə çatmalarına xidmət edir.

Yazıda Avropanın təhlükəsizliyi məsələsinə də toxunan müəllif qeyd edir ki, qitənin müdafiəsi tamamilə ABŞ-ın üzərinə düşür və bu da uzun müddət davam edə bilməz.

Tarix
2024.02.02 / 18:28
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

Bakının həmmüəllifi olduğu hesabat COP31-də təqdim olundu

Murad Əliyevi İstanbulda niyə döydülər? - Video

Mehriban Əliyeva Hacıqabuldan paylaşım etdi - Video

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

İrəvan-Bakı münasibətlərinin normallaşması... - Şoyqu

İrəvan TRİPP-lə bağlı bu məsələlərə təminat verdi – Bəqai

Özgür Özəl İlham Əliyevə zəng etdi

Tehranın riyakarlığı: dostluq bəyanatları, ikili standartlar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla