Yuxarı

Prezident bir ildə 1241 sənəd imzalayıb

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidenti İlham Əliyev ötən il 263 qanun, 285 fərman və 693 sərəncam imzalayıb.

Report-un məlumatına görə, bunu Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov "Azərbaycan Prezidenti vətəndaşların müraciətlərinə daimi diqqət və qayğını prioritet məsələ hesab edir" adlı təhlili məqaləsində bildirib.

Məqalədə qeyd olunub ki, sənədlərin böyük əksəriyyəti bilavasitə ölkənin qanunvericilik bazasının təkmilləşdirilməsinə, iqtisadi və siyasi idarəçiliyinin tənzimlənməsinə, əhalinin sosial müdafiəsinin, vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsinə istiqamətlənib:

"Xüsusilə son vaxtlar korrupsiyaya, vəzifəli şəxslərin öz səlahiyyətlərindən sui-istifadə etməsinə, həmçinin ayrı-ayrı qruplar tərəfindən ictimai asayişin pozulmasına, dini ekstremizmə qarşı mübarizənin gücləndirilməsinə, həyatın bütün sahələrində nizam-intizamın və qayda-qanunun möhkəmləndirilməsinə yönəldilmiş normativ hüquqi aktların qəbul edilməsi vətəndaşlar tərəfindən yüksək qiymətləndirilib. Azad, demokratik, hüquqi dövlətin əsaslarını möhkəmlətmək, dini ekstremizmin və ayrı-seçkiliyin qarşısını qətiyyətlə almaq üçün ölkə prezidentinin atdığı addımları dünya ictimaiyyəti də müsbət qarşılayıb".

S.İsmayılov qeyd edib ki, Azərbaycan xalqı bütün çətin məqamlarda ölkə rəhbərinin böyük dəstəyini görüb, hiss edib, onun ətrafında daha sıx birləşərək xalqla iqtidar birliyinin sarsılmaz olduğunu nümayiş etdirib: "Bu birlik və dəstək ölkə vətəndaşlarının Azərbaycan Prezidentinə ünvanladıqları saysız-hesabsız minnətdarlıq məktublarında öz əksini tapıb.

Məktublarda tez-tez vurğulanan fikirlərdən biri də ondan ibarətdir ki, ümummilli liderimiz Heydər Əliyev Azərbaycanı xaosdan, anarxiyadan, parçalanmadan xilas etmişdisə, onun layiqli varisi Prezident İlham Əliyev çağdaş dünyamızda cərəyan edən qlobal proseslərdən, iqtisadi və siyasi böhranlardan, tənəzzüldən qurtararaq ölkəmizdə sürətli inkişafı və sabitliyi bərqərar etmiş, ən yeni tariximizə şanlı səhifələr yazmış və yazmaqdadır".

Prezident Administrasiyasının rəsmisi bildirib ki, minnətdarlıq məktublarının əksəriyyətində vətəndaşlar ölkə Prezidentini xalqa sevdirən yüksək keyfiyyətləri vurğulayır, ona olan ehtiramlarını ifadə edirlər.

Tarix
2016.02.11 / 12:47
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakıdan Moskvaya: Bu məsələdə qərarlıyıq!

Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsi ilə görüşdü

Sərhədimiz indiki yer deyilsə, haradır? – Sanosyan əsəbiləşdi

Bu şəxslərə birdəfəlik yardım veriləcək - Sərəncam

Prezident pravoslav xristian icmasını təbrik etdi

Prezident Leonid Kalaşnikovu qəbul etdi

66 konqresmenin Bakıya qarşı qərəzli - Çağırışı

Azərbaycan vətəndaşı oldu, ermənilərə "eşşək" dedi - Video

Şeyx delimitasiyaya xeyir-dua verdi

Prezident Quterreşin xüsusi müşavirini qəbul etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla