Yuxarı

Qərb Səudiyyəni Rusiya və İrana qarşı aktivləşdirir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səudiyyənin aktivləşməsi Qərbin son zamanlar Suriyada ciddi siyasi və hərbi aktivlik göstərən Rusiya faktoruna cavabı kimi də qiymətləndirə bilər.

Bu barədə analitik Vüqar Zifəroğlu Axar.az-a açıqlamasında deyib. Onun sözlərinə görə, Səudiyyənin aktivliyi birmənalı şəkildə İranın mövqelərini zəiflətməyə və ərəb ölkələrinə müdaxilənin qarşısının alınmasına yönəlib:

"Bu özünü Yəmən və Suriya ilə bağlı münasibətlərdə açıq şəkildə göstərir. Faktiki olaraq məzhəb kartından və ərəb baharından sonra bölgədə yaranmış vəziyyətdən maksimum bəhrələnərək İraq, Suriya, Livanda idarəetməyə ciddi müdaxilə imkanları əldə edən İran bu ölkələrdə söz sahibinə çevrilmişdi. Eləcə də, Yəmən, Bəhreyndə də şiə icmaları ilə ardıcıl və sistemli iş sayəsində ciddi təzyiq imkanları əldə etmişdi. Yaxın perspektivdə iqtisadi imkanlar, Qərblə yaxınlaşma və Tehrana təminat verilən avantajlar fonunda Ər-Riyadın bütün istiqamətlərdə, əsasən də Suriya və Yəmənlə bağlı aktivliyini artırması tam anlaşılandır. Təbii ki, Səudiyyə və ərəb koalisiyasının aktivləşməsi Suriyada gedən proseslərə ciddi təsir edə bilər. Sözügedən aktivlik birbaşa Suriyada olan sünni tayfalarının münaqişədə daha aktiv rol oynamasına gətirib çıxaracaq. Səudiyyənin aktivləşməsi Qərbin son zamanlar Suriyada ciddi siyasi və hərbi aktivlik göstərən Rusiya faktoruna cavabı kimi də qiymətləndirə bilər. Qərb Rusiya-İran birliyinə qarşı region güclərindən ibarət qüvvədən yararlanmağa çalışır və bu Türkiyə-Rusiya münaqişəsinə sərgilədiyi mövqedən də açıq sezilir".

Tarix
2016.02.12 / 08:15
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Özbəkistan prezidenti Azərbaycana gəlir

Əliyev və Zelenski razılaşdı: Yaxın zamanda...

Vladimir Zelenski İlham Əliyevə başsağlığı verdi

Məhkəmədən Kartavıx və Belousovla bağlı qərar...

Rəsmi Bakıdan Rusiyaya: Daxili işimizə qarışma! - Nota

Rəsmi Bakı Şvıdkoya cavab verdi

Şok iddia: AZAL təyyarəsi Rusiya MN-in göstərişi ilə vurulub - Video

"Sputnik"in redaktorunun evində axtarış aparıldı

Rusiya Azərbaycana nota verdi

Prezident Fərid Əsgərova general-mayor rütbəsi verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla